"Google" yeni süni intellektli Pixel 8a smartfonunu təqdim edib
"Google" daxili "Gemini" neyron şəbəkəsi olan Pixel 8a smartfonunu təqdim edib. Cihazın qiyməti 499 dollar təşkil edir.
Pixel 8 xəttinin aşağı büdcəli versiyası flaqman modelləri kimi Tensor G3 prosessoru ilə təchiz olunub. Smartfon 8 GB operativ yaddaş, həmçinin 128 GB və ya 256 GB daxili yaddaş alıb.
Pixel 8a-nın ekran ölçüsü 6.1 düym təşkil edir, yeniləmə tezliyi 120 Hz-ə qədər artırılıb və maksimum parlaqlıq 2000 nit-ə çatır.
Smartfon yandırma/söndürmə düyməsini basmaqla işə salınan "Gemini" neyron şəbəkəsi ilə təchiz olunub. O, həmçinin foto və səs emojilərində seçilmiş obyekt üçün axtarış funksiyalarını dəstəkləyir.
Pixel 8a-nın ABŞ-da satışı 14 may 2024-cü ildə başlayacaq. Cihaz qara, mavi, yaşıl və bej rənglərində təqdim ediləcək. / banker.az

"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
ABB Invest vasitəsilə PAŞA Bank səhmlərinin sahibi olun
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
ABB ilin ilk rübündə aktivlərini 5% artırıb
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb
Dünyada ən çox oxunan 5 kitab
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları
Proqramçılar üçün TOP-5 Freelance sayt
Dünyanın ən zəngin idmançıları