Hazırda Rublun ucuzlaşmasının əsas səbəbi Rusiyadan kapital axınıdır

Hazırda Rublun ucuzlaşmasının əsas səbəbi Rusiyadan kapital axınıdırƏnənəvi olaraq rubl üçün ən güclü aylardan birində (aprel) onun ucuzlaşması Rusiyadan gedən şirkətlərin aktivlərini alan şirkətlər tərəfindən valyutaya kəskin tələb ilə bağlıdır.  Bu gün 2022-ci il aprelin 6-dan bəri ilk dəfə olaraq Moskva birjasında dolların məzənnəsi 83 rublu, avronun məzənnəsi isə 91 rublu keçmişdi.
Marja-nın məlumatına görə, aprel və may ayları ənənəvi olaraq rubl üçün ən güclü aylardır - ilin bu dövründə Rusiyanın dövlət büdcəsinə ixracdan və ixracatçılardan vergilər daxil olur. Məhz bir il əvvəl aprel ayında Rusiya valyutası martın maksimumlarından sonra aktiv şəkildə möhkəmlənməyə başlamışdı. 
Amma bu dəfə hər şey yolunda getmədi: Bu gün 2022-ci il aprelin 6-dan bəri ilk dəfə olaraq Moskva birjasında dolların məzənnəsi 83 rublu, avronun məzənnəsi isə 91 rublu keçmişdi. "Aprel sehrinin" bu dəfə işləməməsinin səbəbini izah edən bir sıra amillər var.
Əvvəla, keçmiş "güc nöqtələri" öz əhəmiyyətini itirib. Mart ayında Rusiyanın Xəzinədarlığına 2,5 trilyon rubldan çox vergi daxil olub. Bu gəlirlər, Rusiyanın ixracının rublla ödənilməsinə keçid səbəbindən əvvəlki kimi rol oynamır, çünki ixracatçılar gəliri rubl ilə qazanırlar (ötən illərdə dollarda qazandıqlarından onun bir hissəsini satıb büdcəyə vergi olaraq ödəyirdilər). Rusiya Mərkəzi Bankının məlumatına görə, rublda ödənişlər bütün ödənişlərin 34 faizini təşkil edir.
İkincisi Rublun zəifləməsinin səbəbləri artıb. Əvvəla, bu, sanksiyalara görə Rusiyanı tərk edən şirkətlərdən biznesi alan müştərilərin xarici valyutaya intensiv tələbidir. "Financial Times"ın məlumatına görə, iki minə yaxın şirkət aktivlərini satmaq üçün Maliyyə Nazirliyindən icazə gözləyir.
Belə kapital axını ilə ticarət profisitində azalma müşahidə olunur. Həmçinin, Rusiyanın neftə etdiyi endirimlər, gəlirin bir hissəsinin logistika və sığorta provayderlərinin xeyrinə köçürülməsi gəlirləri azaldır. Digər tərəfdən Rusiyanın idxalında artım müşahidə olunur.
Bu vəziyyətdə rublun bahalaşmasını gözləmək ən azı sadəlövhlük olardı - bu, yalnız ixracatçılardan xarici valyuta təklifinin artması fonunda mümkündür ki, bu da hazırda mövcud deyil.  
Analitiklər kursun hərəkəti üçün dəqiq meyarlar təyin etməkdən çəkinirlər. Hər hansı bir "bazar uğursuzluğu" vəziyyətində olduğu kimi (məsələn, 2022-ci ilin martında) qeyri-adi proseslər və inzibati qərarlar işə salına bilər.
Analitiklər bildirirlər ki, bir dollar üçün 85-90 rubl səviyyələri ixrac şirkətlərinin xarici valyuta satmaqda daha çox maraqlı olduqları səviyyədir. Məzənnə bu səviyyələrə çatdıqda ixrac şirkətlərinin xarici valyuta satışları arta bilər.
Əgər fors-major faktorlar işə düşməsə, 2023-cü ilin ikinci yarısında məzənnənin dinamikası OPEC+ ölkələrinin neft hasilatını azaltmaları fonunda qiymətlərin 95-100 dollar aralığına yüksəlməsilə artım vəd edən neft gəlirləri ilə müəyyən olunacaq. Bu, valyuta daxilolmalarının artması demək olacaq ki, bu da rubla müsbət təsir edəcək. Belə bir ssenaridə bir dolların 70-75 rubl diapazonunda tarazlığa qayıdacağı ehtimalı da var. Əmtəə gəlirlərinin və kapitalın çıxarılmasının mənzərəsi aydınlaşdıqca daha dəqiq mənzərə yaranacaq. / marja.az

Maliyyə     Tarix: 08 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq