Hindistan "iPhone" telefonlarının əsas istehsalçısına çevrilə bilərmi?

Hindistan "Apple" kompaniyası COVID-19 epidemiyası və artan geosiyasi gərginlik fonunda mühüm təchizat zəncirlərini təmin etmək üçün nəzərlərini Çindən kənara yönəldir. Bu kontekstdə Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına cəlbedici potensial alternativ olaraq ortaya çıxıb. Pekinin böyük regional rəqibi yaranmış fürsətdən istifadə etməkdə heç də uduzmur. Hindistanın ən yüksək səviyyəli nazirlərindən biri keçən ay Kaliforniyada yerləşən şirkətin Cənubi Asiya ölkəsindəki istehsalını ümumi istehsalın dörddəbirinə çatdırmaq istədiyini söyləyib.
Hindistanın ticarət və sənaye naziri Piyuş Goyal bildirib ki, "Apple" artıq məhsullarının 5-7 faizini onun ölkəsində istehsal edir. "Səhv etmirəmsə, kompaniya Hindistanda istehsalı 25 faizə çatdırmaq niyyətindədir", – deyə o məlumat verib.
"Apple" kompaniyasının təchizatçılarından biri olan "Foxconn" Çində ciddi tədarük problemindən sonra Hindistandakı əməliyyatlarını genişləndirmək istəyir. ABŞ-ın elektronika nəhəngi illərdir ki, "iPhone", "iPad" və digər məşhur məhsulların kütləvi istehsalı üçün Çindəki geniş istehsal şəbəkəsinə arxalanırdı. Lakin onun bu asılılığı keçən ilin dekabrında Pekinin sərt "Sıfır COVID" strategiyası ilə daha da azalıb. Əvəzində, "Apple" ötən ilin ortalarından etibarən Hindistana investisiya istiqamətində səylərini ikiqat artırıb. Lakin Asiyanın üçüncü ən böyük iqtisadiyyatı birdən-birə Çini tam əvəz edə bilməyəcək. "Counterpoint" bazar iqtisadiyyatı araşdırması firmasının tədqiqat direktoru Tarun Pathak bildirib ki, nəzəri cəhətdən bunu etmək olar, lakin bu, bir gecədə baş verməyəcək".
"Apple" kompaniyasının Çindən asılılığı bu ölkənin bütün elektronika istehsalı sisteminə 20 ilə yaxın qoyulan sərmayələrin nəticəsidir. Kompaniyanın mobil telefonlarının təxminən 95 faizi Çində istehsal olunur. / banker.az

Xəbərlər     Tarix: 14 fevral 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler 1000 manatla biznes kripto depozit faizleri emlak xeberleri