Hindistanda 82 uşaqda "pomidor qripi" AŞKARLANDI
Hindistanın Kerala və Odişa ştatlarında 82 uşaqda "pomidor qripi" aşkarlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Lancet" jurnalının dərc etdiyi hesabatda bildirilib.
Qeyd edilib ki, xəstəlik ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində müşahidə edilib.
Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlar arasında yayıldığı bildirilib.
Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.
Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq edib.
Adını dəridəki qırmızı qabarcıqlardan alan "pomidor qripi" qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.
Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.
İqbal Rzayev,
KONKRET.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind