Hindistanlı milyarder Qautam Adani və onun qardaşı oğlu - 18 milyon dollar cərimələndi
SEC (U.S. Securities and Exchange Commission) korrupsiya və dələduzluqda ittiham olunan hindistanlı milyarder Qautam Adani ilə bağlı işi dayandırıb. Tənzimləyici qurum cənab Adani, onun qardaşı oğlu Sajjar Adani və "Adani Green Energy" şirkətinə qarşı irəli sürülən ittihamlardan imtina edib. Razılaşmanın şərtlərinə əsasən, onlar 18 milyon dollar - Qautam Adani 6 milyon dollar, Saqar Adani isə 12 milyon dollar cərimə ödəyəcəklər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi və Xarici Aktivlərə Nəzarət İdarəsi, hansı ki, cənab Adaniyə qarşı ayrıca araşdırmalar aparır, yaxın vaxtlarda onları başa çatdırmağı planlaşdırır.
Asiyanın ən varlı insanı olan və sərvəti 82 milyard dollardan çox qiymətləndirilən Qautam Adaniyə qarşı araşdırma 2024-cü ilin noyabrında başlanıb. O, günəş enerjisi sahəsində fəaliyyət göstərən "Adani Green Energy" şirkətinin fəaliyyəti ilə əlaqədar dələduzluq və korrupsiyada ittiham olunurdu. Daha sonra hindistanlı milyarder İrana qarşı sanksiyaların pozulmasında da ittiham edilib.
Lakin indi ABŞ hakimiyyəti bütün bu ittihamlardan imtina etməyə hazırdır. NYT yazır ki, bu qərar cənab Adaninin ABŞ prezidenti Donald Trampın şəxsi vəkillərindən biri olan Robert Cuffronun (kiçik) rəhbərlik etdiyi yeni hüquqşünaslar komandasını işə götürməsindən sonra verilib.
KİV-in məlumatına görə, hindistanlı milyarderin hüquqşünasları SEC və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı cənab Adaninin ABŞ iqtisadiyyatına 10 milyard dollar investisiya yatıracağını vəd ediblər.
Razılaşma xəbərindən sonra, "Adani Enterprises"in səhmləri 1,8%, rüşvət iddialarının mərkəzində olan "Adani Green" şirkətinin səhmləri isə 0,6% artıb.

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Ən bahalı otellər hansılardır?
Startup nədir və necə olur?
Onlayn biznes növləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
McDonalds haqqında maraqlı faktlar