"Huawei" və "Xiaomi" patent müqaviləsi bağlayıblar
Çin texnologiya korporasiyası "Huawei" rəqibi "Xiaomi" ilə patent paylaşımı müqaviləsi bağladığını açıqlayıb. Müqavilə şirkətlərin bir-birinin kommunikasiya texnologiyalarından, o cümlədən 5G texnologiyalarından istifadə etməsini nəzərdə tutur. Sövdələşmənin maliyyə şərtləri və onun hansı patentləri əhatə etməsinin konkret təfərrüatları açıqlanmayıb.
Mart ayında Çin mediası "Huawei"nin "Xiaomi"ni məhkəməyə verdiyini, şirkəti onun dörd patentini, o cümlədən simsiz rabitə ilə bağlı olanları, həmçinin smartfonlarda ekranın kilidlənməsi və fotoqrafiya texnologiyalarını pozmaqda ittiham etdiyini bildirmişdi. Bundan əvvəl "Huawei"nin Çinin "Oppo" və Cənubi Koreyanın "Samsung" şirkətləri də daxil olmaqla bir sıra digər texnologiya şirkətləri ilə patent müqavilələri bağladığı bildirilmişdi. "Huawei" həmçinin keçən il patent qonorarlarından 560 milyon dollar qazandığını və son illərdə patent qonorarından əldə etdiyi məbləğin öz analoji ödənişlərini aşdığını bildirib. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
"Gündə 5 dəfə, ayda 20 min manat" - Kartlara pul köçürülməsinə yeni limit barədə AÇIQLAMA
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
IMEI kod nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Dünyanın əh bahalı brendləri - TOP-10