"IGB-nin ötürücülük gücü illik 5 mlrd. kubmetrə qədər artırılacaq"

ICGB AD boru kəməri konsorsiumu bu yay Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün məcburi bazar sınaq mərhələsinə başlamağı planlaşdırır.
Bu barədə ICGB AD-nin icraçı direktoru və İdarə Heyətinin üzvü Corc Satlas (George Satlas) Yunanıstanın "Energypress" portalına müsahibəsində bildirib.

O qeyd edib ki, IGB-nin imkanlarının genişləndirilməsi bu layihənin inkişafı üçün növbəti addımdır: "Amma ICGB əvvəlcə bunu sonrakı mərhələdə – kommersiya fəaliyyətinə başlamasından bir neçə il sonra həll etməyi planlaşdırırdı. Lakin Ukraynadakı müharibə daha geniş regionda bütün strategiya və planları dəyişib. İndi Avropanın ümumi məqsədi Rusiyanın təsirini mümkün qədər məhdudlaşdırmaq, o cümlədən Rusiya təbii qazından istənilən asılılığı aradan qaldırmaqdır. Bunu nəzərə alaraq, IGB-nin ötürücülük gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasının sürətləndirilməsi ilə bağlı strateji qərar qəbul edilib".
Onun sözlərinə görə, bazarın bu addımlara reaksiyasını daha yaxşı başa düşmək üçün bu proses keçən il başlayıb: "Məcburi olmayan mərhələ uğurlu olub və biz azı bir neçə il ardıcıl olaraq artan tutumun rezervasiyasına əhəmiyyətli marağın olduğunu göstərən nəticələri gördük. Bu, həqiqətən mənə nikbinlik üçün əsas verir. Məcburi bazar sınaq mərhələsi bu ilin iyul ayında başlayacaq, başa çatdıqdan sonra növbəti addımları müəyyən edə biləcəyik".
C.Satlas vurğulayıb ki, konsorsium 2025-ci ilin dördüncü rübünə qədər kəmərin gücünü illik 5 milyard kubmetrə çatdırmaq üçün Stara Zaqora çıxış nöqtəsindəki qaz ölçmə məntəqəsinin modernləşdirilməsi üzrə işlərə başlayıb.
Onun sözlərinə görə, güman ki, IGB "Şaquli Qaz Dəhliz" layihəsi çərçivəsində genişləndiriləcək ilk kəmər olacaq: "Biz bir şirkət olaraq bunu başa çatdırmaqda maraqlıyıq. Boru kəmərinin bölgədəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalları, Trans-Balkan Boru Kəməri və Cənub Qaz Dəhlizindən təchizatlara çıxışı ilə sinerjisi sayəsində IGB unikal mövqeyə malikdir. Onun imkanlarının genişləndirilməsi regionun bütün ölkələri üçün daha çox yanacağa çıxış əldə etmək deməkdir".
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstanı Cənub Qaz Dəhlizi ilə birləşdirir və "Şaquli Qaz" dəhlizinin bir hissəsidir. Boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir. / banker.az

Xəbərlər     Tarix: 01 may 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler bitkoin depozit faizleri bitkoin almaq kripto