İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıb

İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıbTürkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.
Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinin məlumatına əsasən, İğdır şəhərinin Aralık rayonundakı BOTAŞ şirkətinin stansiyasında keçirilən tədbirdə Türkiyə Hesablama Palatasının sədri Metin Yener və Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, BOTAŞ şirkətinin baş direktoru Abdulvahit Fidan və digər rəsmi şəxslər iştirak edib.

Tərəflər İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalayıblar.
M. Yener bildirib ki, bu əməkdaşlıq iki qurum arasında qüvvələri birləşdirərək potensialı artıra biləcəyi yeni dövrün başlanğıcı olacaq: "Bu təşəbbüs beynəlxalq audit standartları çərçivəsində müasir audit metodologiyalarını və yeni texnologiyaların verdiyi imkanları səmərəli şəkildə tətbiq etməyə imkan verəcək. Biz institusional potensialımızı gücləndirməklə, ilk növbədə, dövlət qarşısında öhdəliklərimizi ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. İkincisi, biz mədəni coğrafiyamızda dost və qardaş ölkələrin Hesablama Palataları üçün nümunə ola biləcək yeni imkanlar təklif etməyə çalışırıq".
O qeyd edib ki, bu səylər həm də əhəmiyyətli maliyyə töhfələri verdikləri beynəlxalq təşkilatların auditində daha effektiv təşəbbüs göstərməyinə yol açacaq".
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin təməli 2023-cü il sentyabrın 25-də qoyulub. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə ötən il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17.5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. / banker.az

Xəbərlər     Tarix: 01 may 2024

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler bitkoin depozit faizleri bitkoin almaq kripto