İki BOKT-un lisenziyası LƏĞV OLUNDU
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Gold Finance" və "Viza Kredit" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub.
KONKRET.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb.
"Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə "ümidsiz aktiv" təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son bir neçə ildə kreditləşmə həyata keçirməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar zəruri tədbirlər görməyib.
"Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir", – deyə tənzimləyici qurum bəyan edib.//Report

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
SMM nədir?
Digital Card nədir?
Marketinq nə demədir?