İki İcra Hakimiyyətinin uğurlu layihəsi davam etdirilir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində xalqımız 44 gün ərzində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi.
azxeber.com xəbər verir ki, bu qələbəni xalqımıza yaşadan şəhidlərimiz həmçinin, qazilərimiz hər zaman qürur yerimizdir. Şəhid ailələrinə, qazilərə dövlət və cəmiyyət tərəfindən ölkəmizin hər yerində yüksək diqqət və qayğı göstərilir.
Abşeron Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsünün davamı olaraq Abşeron rayonundan bir qrup Şəhid ailəsi və qazi Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində yeni istifadəyə verilmiş "Park Naftalan"da müayinə olunduqdan sonra müalicəyə başlayıblar.
Naftalan ŞİH-nin başçısı Müalicə Mərkəzində Şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə yaxından tanış olub, müalicə prosesi ilə maraqlanıb. Daha sonra onlarla görüş zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı xalqımızın birliyindən, həmrəyliyindən danışaraq qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının ailələri, övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları onların ailə üzvləri daim ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhid ailələri və qazilər Müalicə Mərkəzində onlara göstərilən xidmətlərdən, bu cür layihələrin təqdirəlayiq olduğundan söhbət açaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda Naftalan ŞİH tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Abşeron Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə layihəsinin davamı olaraq şəhid ailələri və qazilərin Naftalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində istirahəti və müalicəsi sosial və xeyirxahlıq missiyası çərçivəsində il ərzində davam etdiriləcəkdir.
















Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SWIFT nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
McDonalds haqqında maraqlı faktlar