İlham Əliyev Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib - YENİLƏNİB
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.
Məlumat verilib ki, "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" – "Ataların məzarlığı" adlandırılıb.
Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.
Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.
Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan "Urkun" abidəsi də var.
***
14:01
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Necə Bitcoin almaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Bill Qeyts kimdir?
İnstaqramda biznes qurmağın yolları