İlham Əliyev: "Hadisələr göstərdi ki, nə Bakı, nə də İrəvan genişmiqyaslı eskalasiya istəmir" - VİDEO

İlham Əliyev: "Hadisələr göstərdi ki, nə Bakı, nə də İrəvan genişmiqyaslı eskalasiya istəmir".
KONKRET.az xəbər verir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
Sərhəddə atəşkəs rejiminə riayət olunması onu deməyə əsas verir ki, nə Ermənistan, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb.
Əliyev həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə operativ reaksiyaya görə Putinə minnətdarlığını bildirib.
"Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin gərginləşməsinə, eskalasiyasına operativ reaksiyaya görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Toqquşma səkkiz saatdan az davam edib və onların dayanması Ermənistan tərəfi atəşkəs rejimini dərhal yerinə yetirməyə başlamasa da, ümumilikdə iki günə yaxındır ki, atəşkəsə əməl olunur. Bu, ondan xəbər verir ki, nə Ermənistan, nə də Azərbaycanın geniş miqyaslı eskalasiya ilə bağlı heç bir niyyəti olmayıb", -deyə Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, Ermənistanla sərhəddə baş verən son hadisələrdə hər iki tərəfdən çoxsaylı itkilər olub.
"Hazırda sahələrdən aldığım məlumata görə, dediyim kimi, iki günə yaxındır vəziyyət stabildir, indi əsas odur ki, başlayan münasibətlərin normallaşması prosesini pozmamaq və bu istiqamətdə hərəkət etməkdir", – Azərbaycan Prezidenti vurğulayıb.
Əliyev Rusiyanın buna yönəlmiş, o cümlədən üçtərəfli komissiya çərçivəsində səylərini alqışlayıb. "Bir daha demək istəyirəm ki, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün hər şeyi edəcəyik", – deyə o, fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az

Xəbərlər     Tarix: 16 sentyabr 2022

Oxşar xəbərlər

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb


iqtisadi xeberler dollar kursu biznes qurmaq emlak xeberleri iqtisadiyyat xeberleri