İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİBCibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident!
Dost Azərbaycan xalqının Sizin atanız və sələfiniz, ölkənizin tarixinə ən böyük töhfə vermiş Prezident Heydər Əliyevin 100 illiyini qeyd etdiyi günlərdə Zati-alinizə ehtiramımı, səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.
Cibuti xalqı və hökuməti Azərbaycan xalqına öz rəğbətini və dostluq hisslərini ifadə etməklə mənim təbriklərimə qoşulur. Qədirbilən Azərbaycan xalqı haqlı olaraq dəyişikliklərin müəllifi olmuş və ölkənizi sabitlik, dayanıqlı inkişaf yolu ilə irəliyə aparmış Ümummilli Liderinin xatirəsini daim əziz tutur. O, uzaqgörən və xarizmatik lider olaraq ölkənin təbii sərvətlərindən, ilk növbədə, enerji ehtiyatlarından səmərəli istifadə ilə rəşadət nümayiş etdirib.
Heydər Əliyev siyasi praqmatizmin dəyişməz istiqamətvericisi və mövcud reallıqlara söykənən islahatların həyata keçirilməsində etalon kimi xalqın yaddaşında həmişəlik qalacaqdır.
Sizi və dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Zati-aliləri, cənab Prezident, ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".
***
16:04
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə – iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq.
Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram".

Xəbərlər     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler biznes xeberleri dollar kursu biznes ideyalari internetden pul qazanmaq