ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) mart ayında uçot dərəcəsini artıracağını proqnozlaşdırıb.
"ING Group" Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin birinci rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,25%-dən 7,50%-ə yüksəldib. Korporasiya 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsi üzrə proqnozunu 7,50%-dən 7,75%-ə, dördüncü rübü üzrə isə 7,75%-dən 8,00%-ə yüksəldib.
Qeyd edək ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq. / banker.az

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
CV hazırlayarkən buraxılan 5 səhv
Marketinq nə demədir?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən zəngin idmançıları
Ev şəraitində pul qazanmağın yolları