iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?

iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Sentyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da "Apple" iOS 17-ni nümayiş etdirib. Xatırladaq ki, iOS mobil əməliyyat sisteminin on yeddinci versiyası 5 iyun 2023-cü ildə Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) 2023-cü ildə elan edilib. Bəs istifadəçiləri hansı yeniliklər gözləyir?
StandBy
"StandBy" funksiyasının köməyi ilə yükləməyə qoyduğunuz iPhone məlumat mərkəzinə və ya çarpayının yanındakı saata çevriləcək. Ekranda cari vaxt, daxil olan bildirişlər və müxtəlif vidjetlər göstəriləcək. İstəyirsinizsə, ekrana sevimli şəkillərinizi də qoya bilərsiniz. Bu funksiyadan istifadə etmək üçün smartfonu stendə üfüqi vəziyyətdə yerləşdirmək və yükləməyə qoymaq lazımdır.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Vidjetlər
iPhone-un kilid ekranındakı vidjetlər interaktiv olub. İndi, məsələn, ağıllı evin işıqlandırılmasına nəzarət etmək və ya xatırlatmaları söndürmək üçün proqramları açmağa ehtiyac yoxdur.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?NameDrop
AirDrop-dakı bu xüsusiyyət iki iPhone sahibinə zənglər zamanı görünəcək kontaktları tez və təhlükəsiz şəkildə mübadilə etməyə imkan verir. Vacib şərt iki smartfonun bir-birinə yaxın olmasıdır. İndi artıq bu məlumatları əl ilə daxil etməyə və ya üçüncü tərəf proqramları vasitəsilə ötürməyə ehtiyac yoxdu.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Şəkil tanıma
İndi sistem təkcə insanların deyil, heyvanların da üzlərini tanıyacaq. Başqa bir yenilik yeməyin şəklini çəkməyə və sonra oxşar reseptlərin onlayn seçimini əldə etməyə imkan verir. Bunu etmək üçün sadəcə "Məlumat" düyməsini sıxmağınız kifayətdir.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?FaceTime-da videomesajlaşma
İstifadəçi zəngə cavab vermirsə, ona videomesaj göndərə bilərsiniz və o, istəsə, mesajınızı Apple TV-də izləyə biləcək.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Safari-də məxfilik
İstifadəçilər Touch ID və ya Face ID avtorizasiyasından istifadə edərək Anonim rejimdə mobil Safari-yə daxil ola biləcəklər.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Sağlamlıq
İndi "Sağlamlıq" proqramı sizə təkcə fiziki fəaliyyəti deyil, digər meyarları da izləməyə imkan verəcək. İstifadəçilər gündəlik əhval-ruhiyyələrini seçərək, onların ruh hallarına nə təsir etdiyini qeyd edə bilərlər. Proqramda narahatlıq səviyyəsini qiymətləndirmək imkanı da var.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?Xatirə jurnalı
Bu, şəxsi gündəliyə bənzər bir şeydir. Qeydlərə şəkil və lokasiyalar əlavə edilə bilər. Qeyd olunur ki, şifrələmə sayəsində heç kim jurnalın məlumatlarına daxil ola bilməyəcək.
iOS 17 təqdim edildi – Yenilənməyə dəyər, yoxsa yox?iOS 17 hansı iPhone modellərinə quraşdırıla bilər?
iOS 17 əməliyyat sistemi iPhone XS və daha yeni smartfonlar üçün əlçatandır:
iPhone XS və iPhone XS Max;
iPhone XR;
iPhone 11, iPhone 11 Pro və 11 Pro Max;
iPhone 12 mini, iPhone 12, iPhone 12 Pro və 12 Pro Max;
iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və 13 Pro Max;
iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və 14 Pro Max.
Xatırladaq ki, daha əvvəl "Apple" yeni iPhone 15 smartfonlarını, Apple Watch Series 9 saatını və AirPods Pro qulaqlıqlarını təqdim etmişdi. / banker.az

Xəbərlər     Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler en son xeberler bitkoin almaq online pul qazanmaq biznes ideyalari