iPhone 14 Pro-nun istifadəçiləri kameradan şikayət edirlər
Çoxdan gözlənilən iPhone 14 Pro texnologiya həvəskarlarına təqdim olundu. Lakin bu yeni modeldə istifadəçilər gözlənilməz problemlə üzləşirlər.
Marja xəbər verir ki, şikayətlərə görə, bəzi üçüncü tərəf proqramlarında, o cümlədən Snapchat, TikTok və İnstagram-da foto və ya video çəkərkən kameranın əsas obyektivi titrəyir
Bu vəziyyətdən şikayət edən istifadəçilər sosial mediada müxtəlif platformalarda öz reaksiyalarını göstəriblər.
Reddit-də bir istifadəçi bildirib: "Mən Snapchat-ı açanda və ya İnstagram üçün kameradan istifadə edəndə kameram titrəməyə başlayır. Ancaq adi kamera tətbiqindən istifadə edəndə heç bir problemlə qarşılaşmıram" deyə yazıb.
Digəri yazıb: "Mən dünən yeni iPhone 14 Pro-mu aldım və Snapchat-da kamera titrəməsi ilə qarşılaşıram. Kiminsə bu problemi var?"
"Mənim iPhone 14 Pro yeni gəldi və mən Snapchat-ı açanda kamera çox titrədi və olduqca qəribə mexaniki səs-küy yaratdı",- digər istifadəçi deyib.
"Apple" şirkəti hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib, lakin bəzi istifadəçilər problemin cihazın optik təsvirinin sabitləşməsinə təsir edən proqram səhvindən qaynaqlana biləcəyini irəli sürüblər. / marja.az

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
CV-nin tərtib edilməsi prinsipləri
Biznes qurmaq üçün nə lazımdır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
5 liderlik göstəricisi
Dünyanın ən zəngin idmançıları