iPhone 16 modellərinin ilk "canlı" fotosu yayıldı
Tanınmış insayder "Sonny Dickson" bütün iPhone 16 modellərinin ilk "canlı" şəklini şəbəkəyə sızdırdı. Daha əvvəl o, gələcək "Apple" smartfonlarının çertyojlarını dərc etmişdi.
Fotoda əsas dizayn dəyişiklikləri görünür. Ən diqqətçəkən şey iPhone 16 və 16 Plus modellərindəki yeni kamera quruluşudur.
iPhone 15-dəki kimi diaqonal yerləşmə əvəzinə modullar indi şaquli şəkildə yerləşdirilib. Şayiələrə görə, bu, "Apple Vision Pro" əlavə reallıq dəbilqəsində videoların yazılması dəstəyinin tətbiqi ilə bağlıdır.
Dəyişikliklər Pro versiyalarının ekran ölçülərinə də təsir edib. iPhone 16 Pro Max 6.9 düymlük ekrana sahib olacaq ki, bu da onu bu günə qədər ən böyük Pro Max edir (6.7 düymdən yuxarı). iPhone 16 Pro da bir qədər "böyüyəcək" – 6.1-dən 6.3 düymədək.
Xatırladaq ki, ənənəvi olaraq yeni iPhone-ların təqdimatı sentyabrda gözlənilir. / banker.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c