İpoteka kreditlərinə güclü axın

İpoteka kreditlərinə güclü axınAzərbaycanda 2023-cü ilin ilk rübündə banklar tərəfindən əhaliyə 111 milyon manat həcmində ipoteka verilib. Bu, illik müqayisədə 3% artımdır.
Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.
Cari ildə verilən daşınmaz əmlak kreditlərinin 8.8 mln. manatı yanvarın, 33.6 mln. manatı fevralın və 68.6 mln. manatı martın payına düşüb. Martda qeydə alınmış bu rəqəm 2015-ci ildə ard-arda baş vermiş iki devalvasiyadan sonra ən yuxarı rəqəmdir. Həmin tarixdən 2020-ci ilə qədər bu bazarda "durğunluq" izlənilirdi.
Hesabat müddətindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu (AİKZF) tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 96.5 mln. manat olmaqla öncəki ildən 30% yuxarı nəticədir.
AMB ötən il üçün təqdim etdiyi maliyyə sabitliyi hesabatında portfelində baş verən artımın əsasən dövlət ipoteka proqramı hesabına olduğunu bildirib. 1aprel 2023-cü il tarixinə ölkədə ipoteka kreditlərinin həcmi 3 mlrd. 124.8 mln. manat həcmində olub. Bu, son bir ildə 24% artımdır.
İKZF-nin iki maliyyə mənbəsi var ki, həmin vəsaitləri əldə etməklə bankların ipoteka kreditlərini müştərək kredit təşkilatları ilə təqdim edir: ipoteka istiqrazı buraxmaqla və dövlət büdcəsindən ayırmalarla. Cari ildə dövlət büdcəsindən 21 mln. manat ayrılmışdı. İKZF-yə adətən hər rübün əvvəli ayırmalar olur və bu ildə qeydə alınan ayırmalar öncəki ildə hər rüb üçün ayrılan 23.8 mln. manatdan azdır. İKZF investorlardan uzun müddətə borc cəlb etdiyi istiqraz emissiyası ilə bağlı hələ ki bir dəfə də qərar verməyib.
İpoteka orta faizləri 4 aydır ki, dəyişməzdir. Azərbaycanda cari monetar şərait ipoteka kreditləri üçün sərtləşmiş kimi görünə bilər. Mart ayında da orta faizlər 6.34%-də dayanıb. Adətən monetar şərait ölkələrdə sərtləşəndə bu, ipoteka kreditlərinə birbaşa təsir edir. Ölkəmizdə isə AMB-nin uçot faiz dərəcəsinin hələ ki, zəif effekti var.

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri