"İrşad" bank olmayan kredit təşkilatı yaradıb

Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan "İrşad" da digər rəqibləri kimi maliyyə bazarına girir.
Banker.az-ın əldə etdiyi məlumata görə, "İrşad Bank Olmayan Kredit Təşkilatı" MMC adlı şirkət təsis edilib.
"İrşad BOKT" 1 milyon manat nizamnamə kapitalına sahibdir. Azərbaycan Mərkəzi Bankı BOKT-lərə bazarda iştirak üçün icazə verərkən nizamnamə kapitalı üzrə minimal 300 min manatlıq tələb qoyur.
BOKT-nin direktoru Elvin Məmmədov Nazim oğludur və həm də "İrşad Elektroniks"in Kredit departamentinin rəhbəridir.
Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar. Bu sırada hazırda "Embawood"un "EmbaFinans" BOKT-sini və "Optimal Elektroniks"in "Optimal Finance"sini misal göstərmək olar. Hər iki BOKT hazırda bazarda lisenziya ilə fəaliyətdədir. Digər BOKT yaradan isə "ABC-Telecom" MMC-dir. Lakin, onun BOKT-si AMB tərəfindən hələ ki, lisenziya əldə edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bank, BOKT, kredit ittifaqlarına iştirak üçün lisenziya verir. O, sonuncu dəfə AMB-dən lisenziyanı Pakistan kapitallı "MCB BOKT" QSC əldə edib.

Banklar     Tarix: 28 sentyabr 2023

Oxşar xəbərlər

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd


iqtisadi xeberler en son xeberler biznes krediti biznes qurmaq bu gunun xeberleri