İtaliya Azərbaycandan qaz tədarükünü artırmaqla qaz habına çevrilməyi planlaşdırır
"İtaliya bu il ərzində Rusiya qazını almaqdan imtina edə və yeni kanallar, o cümlədən Azərbaycandan tədarükləri ikiqat artırmaqla təbii yanacaq təchizatçısına çevrilə bilər".
Bunu Bakıya səfəri öncəsi "Made in Italy" müəssisələr və məhsullar naziri Adolfo Urso "il Messaggero" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il ərzində İtaliya Rusiyadan qaz nəqlini dayandıracaq. "….Gələn ildən isə Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycandan tədarük həcmini iki dəfə artırmaqla özümüz başqa ölkələri təbii qaz ilə təmin edə biləcəyik və tezliklə Avropada qaz habına çevriləcəyik".
Daha əvvəl hökumət nümayəndələri bəyan etmişdilər ki, istehlaka qənaət və yeni enerji resurslarının əldə edilməsi sayəsində İtaliya 2024-cü ilin ikinci yarısında Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdırırır.
A.Ursonun sözlərinə görə, ötən il İtaliya bazarında Rusiya təbii qazının payı 40 %-dən 16 %-ə düşüb.
"Piombino və Ravennada yaya qədər istifadəyə veriləcək iki mayeləşdirilmiş təbii qaz (LNG) terminalı bizim ötən il Rusiyadan idxal etdiyimiz illik 10 milyard kubmetr təbii qazı hasil edəcək", – nazir bildirib.
Qeyd edək ki, TAP istismara veriləndən indiyədək Azərbaycan üç Avropa ölkəsinə 20 milyard kubmetrdən çox qaz nəql edib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Dünyanın ən varlı 10 adamı
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Marketinq nə demədir?
Bitcoin nədir?