"iTicket.az" niyə çökdü? - AÇIQLAMA
"Belə görünür ki, iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir. Bu gün minlərlə vətəndaşımız "Qarabağ" Futbol Klubunun bilet satışını həvalə etdiyi iTicket şirkətin saytından elektron bilet əldə etməkdə çətinliklə üzləşib, sistem çöküb, xeyli sayda vətəndaşlar ödəniş etsə də bilet əldə edə bilməyiblər".
KONKRET.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub.
"Zaman-zaman bu tip problemlər müşahidə olunur. Qarabağ FK məşhurlaşdıqca problem daha da dərinləşə bilər.
Bununla da kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan iTicket şirkətinin iTicket.az resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.
Belə olarsa artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək .
Qısası, əgər iTicket kritik infrastrukturun subyekti olsa bilet satışı sisteminin təhlükəsizliyi DTX və XRİT Dövlət Xidmətinin nəzarətinə keçəcək".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
IMEI kod nədir?
Mcdonalds françayzinqi neçiyədir?