Kapital Bank-ın dəstəyi ilə "Qırmızı Ürəklər" Fondu "Xəzəri Qoruyaq" aksiyasında iştirak etdi

Kapital Bank-ın dəstəyi ilə ®Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə 16 Sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq hər il "Xəzəri qoruyaq!" şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası baş tutdu. Aksiyaya Kapital Bank-ın dəstəyi ilə Qırmızı Ürəklər Fondu da qoşuldu. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət Fondunun könüllüləri Xəzərin Bilgəh sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər. 
10 ildən çoxdur mütəmadi keçirilən aksiyaya 1000-ə yaxın könüllü qoşuldu. Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada "Xəzəri qoruyaq" şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Aksiyalar zamanı toplanan tullantıların miqdarı barədə məlumatlar "Ocean Conservancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Qeyd edək ki, "Qırmızı Ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. / banker.az

Banklar     Tarix: 19 sentyabr 2023

Oxşar xəbərlər

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini


iqtisadi xeberler dollar məzənnəsi dollarin kursu bu gun biznes krediti pul qazanmaq