Kapital Bank təcrübəli bank əməkdaşını öz sırasına cəlb edib
ABB-nin Məhsul rəhbəri Emil Rüstəmov karyerasını Kapital Bankın Ekspert məhsul sahibi olaraq davam etdirəcək.
E. Rüstəmov, 2006-2008-ci illərdə yerli və ABŞ şirkətlərində çalışdıqdan sonra, bank sektorunda karyerasına AR Mərkəzi Bankında başlamış, Ödəniş sistemlərinin inkişafı və nəzarəti üzrə 2020-ci ilə qədər çalışmışdır. Bu illər ərzində nağdsız ödənişlər və rəqəmsal bankçılıq üzrə bir sıra milli səviyyədə layihələrə imza atmışdır. Sonra Paşa Sığorta şirkətində Layihələrin koordinasiyasına rəhbərlik etmiş və daha sonra 2021-ci ildən "ABB" ASC bankında ilk öncə Baş məhsul sahibi, daha sonra isə Məhsul rəhbəri olaraq davam etmişdir.
ABB-də rəqəmsal ödənişlər istiqamətinə rəhbərlik etmiş, ödəniş və köçürmə əməliyyatları və bu sahədə innovasiyalar üzrə komandaları idarə etmişdir.
Emil Rüstəmov, bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Maliyyə və Kredit) yiyələnib. O, təhsilini magistr səviyyəsi üzrə davam etdirərək İsveçrədə MBA dərəcəsini əldə etmişdir. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
İnvestisiyanın necə cəlb etmək olar?
Bitcoin nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Biznes təlimlər və tədris üsulları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?