"Kapital Bank"ın aktivlərinin həcmi 10 mlrd. manatı keçdi – TARİXİ REKORD

2024-cü ilin III rübünün sonuna "Kapital Bank" ASC-nin aktivləri 10.28 milyard manata çatıb, bu isə 2023-cü ilin eyni dövründəki 8.46 milyard manatla müqayisədə 21.5% artım deməkdir. Əlavə olaraq bu bankın tarixində indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir.
Banker.az xəbər verir ki, Bankın aktivlərinin əsasını formalaşdıran müştərilərə verilmiş kreditlər 2024-cü il ərzində 31.3% artımla 5.15 milyard manata çatıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
2023-cü ilin sonunda isə bu göstərici 3.92 milyard manat idi.
Portfeldə əsas paya sahib istehlak kreditləri 2024-cü ildə 2.62 milyard manat olub, ilin ilk üç rübündə 20.2% artım göstərib.
Bankın öhdəlikləri də əhəmiyyətli dərəcədə artaraq 2024-cü ildə 9.37 milyard manat olub, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 7.61 milyard manat idi. Bu, öhdəliklərin 23.2% artımıdır. Fiziki şəxslərin depozitləri 2024-cü ildə 2.86 milyard manata çatıb, ötən il bu rəqəm 2.32 milyard manat idi ki, bu da depozitlərdə 23.3% artım olduğunu göstərir.
Bankın kapitalında da artım baş verib. Kapital göstəricisi 2024-cü ilin sentyabrında 906.38 milyon manat təşkil edib, 2023-cü ilin eyni dövründə bu göstərici 853.94 milyon manat idi. Bu, 6.1% artıma bərabərdir.

Banklar     Tarix: 14 oktyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib

Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu "UniCredit"in Almaniyanın "Commerzbank" bankını satın almaq planına razılıq verib. Avrokomissiyanın açıqlamasında "UniCredit"i

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y


iqtisadi xeberler bitcoin emlak xeberleri leobank kart en son xeberler