Kazımov: Bəzi kreditlərin bahalaşması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil

Kazımov: Bəzi kreditlərin bahalaşması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyilAzərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.
Bunu Azəbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"Biz məcburi ehtiyat normalarının faizlərə təsirini görmürük. Bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq", – deyə o qeyd edib.
"Yeni verilmiş kreditlər üzrə orta faiz həm fiziki, həm də hüquqi şəxslər daxil olmaçqla 2023-cü ilin dekabrında 15,3 %, bu ilin iyun ayında isə 15 % olub", – deyə sədr əlavə edib. / banker.az

Banklar     Tarix: 31 iyul 2024

Oxşar xəbərlər

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb. Qeyd edilib ki, "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərin

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab


iqtisadi xeberler internetden pul qazanmaq dollarin kursu bu gun emlak xeberleri rubl mezenne