Kiçik sahibkarlar üçün maliyyə fondu - YARADILIR
"Son zamanların təcrübəsinə baxsaq, bir növ çərçivə xarakterli qanunların qəbul olunmasına daha çox üstünlük verilir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.
O bildirib ki, tarix göstərdi ki, nə dərəcədə mükəmməl qanun yazsan belə, onun tətbiqində qurumların rolu çox böyükdür: "Konkret bu qanun layihəsinin unikal xüsusiyyəti var. Burada bir çox maddələrin praktikada icrasını təmin edən mexanizmlər qurulub, yaxud qurulmaqdadır. Qanunu hər dəfə təkmilləşdirmək kifayət qədər çətin işdir. Bu qanun uzun müddətdir ki, müzakirə edilir. İqtisadiyyat Nazirliyində biz innovasiyalarla bağlı paket hazırlamışıq, bir müddət əvvəl paket Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, həmin paket üzərində təkmilləşdirmə işləri gedir. Kiçik sahibkarlar üçün ayrıca maliyyə fondu da yaradılır, burada işlər tamamlanmaq üzrədir. Hazırda tənzimləmədə nəticənin əldə olunması üçün ünvanlılığın təmin olunması çox vacibdir. Bizim "Sahibkarlıq haqqında" qanunumuz var. Amma insanlar kimi o da qocalıb. Biz ona müəyyən dəyişikliklər edirik". (Apa)

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
CV-nin tərtib edilməsi prinsipləri
Biznes qurmaq üçün nə lazımdır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
5 liderlik göstəricisi
Dünyanın ən zəngin idmançıları