KİV: Türkiyə Ukrayna taxılını bazar qiymətlərindən aşağı qiymətə ala biləcək
Türkiyə Rusiya və Ukrayna ilə əldə olunan razılaşmalar əsasında dəniz yolu ilə daşınacaq taxılı dünyadakı bazar qiymətlərindən aşağı qiymətə ala biləcək.
Bu barədə bu gün "Sabah" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bununla da Türkiyə taxıla olan tələbatını digər ölkələrlə müqayisədə daha sərfəli şərtlərlə ödəyə biləcək.
"İyulun 22-də İstanbulda kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müqavilələr imzalayan Türkiyə parlamentinin kənd təsərrüfatı komissiyasının rəhbəri Yunus Kılıçın sözlərinə görə, hər iki nazir (Rusiya Federasiyasından və Ukraynadan) şifahi olaraq Türkiyəyə taxıl qiymətləri və onun alınması baxımından üstünlüklər əldə edəcəyinə söz verdilər. Bunun sayəsində biz taxılın sonrakı ixracı üçün də ala biləcəyik", – deputat qəzetə müsahibəsində bildirib.
Yunus Kılıç onu da bildirib ki, təbii ki, onlar (Rusiya və Ukrayna) tədarük ölkələrini, məhsulun həcmini və taxılın qiymətini özləri müəyyən edəcəklər: "Türkiyə, imzalanmış sənədə əsasən, katiblik rolunu öz üzərinə götürüb və onların digər ölkələrlə ticarətində xarici nümayəndəliklərlə müqayisə oluna bilən funksiyaları yerinə yetirəcək".
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?