Könül Təhməzova: "Ən böyük məsuliyyətimiz sürətli inkişafa təkan vermək, şagirdlərimizi yeni həyata hazırlamaqdır

Könül Təhməzova: Bu gün "Marriott Hotel"də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransda rektorlar, millət vəkilləri və təhsil işçiləri iştirak edib.
Konfransda çıxış edən Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova bildirib ki, ölkəmiz işğaldan azad etdiyi torpaqlarla bütöv və çiçəklənən dövrünü yaşayır. O vurğulayıb ki, bu mərhələdə inkişaf üçün dərin təfəkkürlü, yaradıcı düşüncəyə malik, yüksək potensiallı kadrların yetişdirilməsi ən prioritet istiqamətlərdəndir:
"Bu cəhətdən biz təhsil işçiləri üçün ən böyük məsuliyyət sürətli inkişafa təkan vermək, şagirdlərimizi yeni həyata hazırlamaqdır. Çox yaxın tariximizdə əldə etdiyimiz böyük Zəfərdə rəqəmsal texnologiyanın danılmaz rolu hamımızın xatirindədir. Son dövrlərdə təşkil olunmuş texnoloji festivallar, elm sərgiləri və digər layihələr məhz gənc nəslin daha yaradıcı, daha səriştəli yetişməsinə imkan yaradır".
Direktor nazirlik tərəfindən təşkil edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi"nin əhəmiyyətinə toxunub: "Bu müsabiqənin keçirilməsi təhsil müəssisələrində innovativ ideyaların tətbiqinə və maliyyələşməsinə şərait yaradır. 6 ildir həyata keçirilən bu layihələr təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi daşıyaraq təhsilimizin inkişafına xidmət edir.
Bakı şəhəri 7 nömrəli tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində "Təhsildə 3D texnologiyalarının tətbiqi" layihəsi ilə qalib oldu. Layihənin məqsədi təhsildə müasir texnologiyalar vasitəsilə şəgirdlərin tədrisə marağını artırmaq və dərslərin öyrənilməsində daha effektiv, interaktiv metodları təkmilləşdirməkdən ibarətdir. Bütün bunlar müasir təhsilə adaptasiya baxımından çox vacibdir".
K.Təhməzova bildirib ki, layihənin əsas predmeti olan VR eynəklərdən istifadə dərslərdə şagirdlərin gördüyü, eşitdiyi, yanına gedib toxunduğu və hərəkət etdirdiyi bir obyekt haqqında məlumatı dərindən öyrənmələrinə gətirib çıxarır. O deyib ki, bu yolla öyrənmə və dərketmə daha effektiv və qalıcı olur:
"Dərslərin sərhədsiz olması və praktik təhsilin təşviqi də Virtual Reallıq eynəklərinin bizə verdiyi sərhədsiz imkanlardandır. Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, layihənin icrası zamanı maddi texniki baza, xüsusilə İKT avadanlıqları müasir standartlara cavab verməli, VR eynəkləri üçün Azərbaycan dilində tədris resursları da olmalıdır. Eyni zamanda hər bir dərslik və ya dərs materialı üçün dəstəkləyici proqramların qurulması, materialların ingilis dilində olması layihə boyu qarşılaşdığımız çətinliklər idi. Bu çətinliklər bizdə VI qrant müsabiqəsində "Təhsildə VR texnologiyaları üçün dərsliklərin hazırlanması" istiqamətini formalaşdırdı. "Təhsildə VR texnologiyaları üçün dərsliklərin hazırlanması" layihəsi məhz bu zərurətdən yarandı. VR eynəkləri ölkəmizdə yeni olmasına baxmayaraq, layihə əsasında təhsilə inteqrasiya edilərək 4 məktəbdə tətbiq edildi".
Direktor qeyd edib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən qrant layihələrlə işləmək məktəb rəhbərlərində, müəllimlərdə layihə yazma, ideya formalaşdırma və təşəbbüskarlıq kimi bacarıqları inkişaf etdirir: "Həmçinin onlar maliyyənin idarə olunması səriştəsinə də yiyələnirlər. Qrant müsabiqələrə təqdim olunan layihə mövzularında beynəlxalq təhsil sistemində baş verən yeniliklər nəzərə alındığı üçün onların təsir dairəsi yalnız təhsilalanları və pedaqoji heyəti deyil, valideynləri də əhatə edir. Təhsil prosesində çox da fəal iştirak etməyən valideynlər belə layihələr çərçivəsində həyata keçirilən proseslərdə məktəb heyəti ilə birgə fəaliyyət göstərirlər".
Könül Təhməzova konfransda çıxışını müəllimlərə müraciətlə yekunlaşdırıb: "Fürsətdən istifadə edib buradan direktor həmkarlarıma, müəllimlərə səslənərək demək istəyirəm ki,bu gün sizin də bildiyiniz kimi hər hansı bir zaman kəsiyində hədəfə yönələn innovasiyalar şəbəkəsinə qoşulmanıza heç bir maneə yoxdur. Ona görə də hər birinizi öz ideyalarınızı həyata keçirmək üçün yaradılan bu fürsətdən yararlanaraq təhsilə töhfənizi vermək üçün qrant layihələrdə iştirak etməyə səsləyirəm".

Xəbərlər     Tarix: 07 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler biznes ideyalari valyuta mezennesi dollarin kursu bu gun iqtisadiyyat xeberleri