Kreditə zaminlik hansı öhdəliklər yaradır?

Kreditə zaminlik hansı öhdəliklər yaradır?Azərbaycandakı banklar və bank olmayan kredit təşkilatları vətəndaşlara zaminsiz kreditlər təklif etsə də, bu, müəyyən məbləğə qədər verilən kreditlərə aid olur.
Əksər hallarda kredit təşkilatları 5-10 min manatdan çox kredit götürmək istəyənlərdən təminat – adətən zamin tələb edirlər.
Bəs kreditə zaminlik hansı öhdəliklər yaradır?
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, kiminsə kredit götürməsi üçün zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür: "Kredit götürən şəxslə ona zamin duran şəxs eyni statusda olur. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edir. Bu səbəbdən zaminin gəlirləri borcalanla eyni qaydada yoxlanılır. Nadir hallarda banklar zaminlik üçün bir qədər yumşaq şərtlər qoyurlar".
Onun sözlərinə görə, əgər kimsə zaminliyə razı olursa, bu öhdəlik onun mərkəzləşdirilmiş kredit reyestrindəki (MKR) tarixçəsinə də düşür: "Zamin durduğunuz borc sizin kredit tarixçənizdə öhdəliyiniz kimi qeyd edilir və bir növ sizin kredit borcunuz olur. Bu zaman sizin kredit götürmək imkanlarınız nisbətən azalır. Çünki Azərbaycan Mərkəzi Bankı borcun gəlirə nisbətinə nəzarət edir. Həmin nisbət 70 %-i keçməməlidir. Bu şərt zaminlərə də aiddir. Söhbət ondan getmir ki, zamin duran şəxs kredit götürə bilməz. Sadəcə zaminliyi olan şəxsə kredit veriləndə onun zamin durduğu borc da gəlirindən çıxılır və kredit qalan hissəyə uyğun – az məbləğdə verilir".
X.Kərimli həmçinin bildirir ki, bəzi banklar zamin tələb etsə də, borcalandan həyatını sığortalamağı da tələb edir: "Əslində qanunvericilikdə belə bir tələb yoxdur, sadəcə banklar bu tələbi qoyurlar ki, sabah borcalanın başına bir iş gəlsə – yəni vətəndaş vəfat etsə və yaxud əmək qabiliyyətini itirsə borcu ilk növbədə sığorta şirkəti ödəsin. Borcalanın həyat sığortası olmadıqda isə krediti zamin qaytarmalıdır".
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda kredit borcuna zaminliyin qanunvericilikdə iki forması var: "Bunlar subsidiar zaminlik (əlavə zaminlik) və birgə zaminlikdir. 1-cisi odur ki, borcalan krediti ödəyə bilmədiyi halda, bank onu məhkəməyə verməli, borcalanın qanunla borcu ödəyə bilməməsi təsdiqləndikdən sonra borcu zamindən tələb etməlidir. Birgə zaminlikdə isə bank ödənilməyən krediti birbaşa (dərhal) zamindən tələb edir. Zamin ödəniş edib, sonradan həmin məbləği borcalandan tələb edə bilər. Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir. Bütün bunlar zaminlik müqaviləsində göstərilməli, zamin öhdəliyi hansı şərtlərlə götürdüyünü bilməlidir".
Onun sözlərinə görə də, borcalanın vəfat etməsi zamini öhdəlikdən azad etmir: "Ola bilər ki, borcalan vəfat etdiyi zaman hansısa bir əmlakı olsun, o zaman kredit borcu həmin əmlakdan tutula bilər. Əgər vəfat edən şəxsin əmlakı vərəsələrinə keçirsə, bu halda onlar borcu ödəməlidirlər. Borcalanın əmlakı yoxdursa və yaxud kredit götürülən məbləği qarşılamırsa, bu halda ödəniş zamindən tələb olunur. Vətəndaşlar zamin olduqları zaman bu kimi halları nəzərə almalıdırlar".
Ə.Həsənov həmçinin bildirir ki, Azərbaycanda yalnız 20-25 illik müddətə verilən ipoteka keditlərində zaminə ehtiyac olmur: "Bu kreditlərdə mütləq həyat sığortası tələb olunur. Bəzi hallarda borcalanlar həyatını sığortalamaq istəmədiyi üçün zamin vasitəsi ilə kredit götürmək istəyirlər. Buna razılaşan zaminlər ən azı kredit götürən şəxsdən həyat sığortasını tələb edə və riski azalda bilərlər. Bu halda borcalan şəxsin vəfat etməsi və yaxud əmək qabiliyyətini itirməsi hallarında sığorta şirkəti qalan ödənişi tamamlayır". / banker.az

Banklar     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin