AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə

AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə®Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində liderlik edən AccessBank, müştərilərinə daha yaxın olmaq və onlara operativ, yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə 2025-ci il üzrə inkişaf planına uyğun olaraq filial şəbəkəsini genişləndirməyə davam edir.
Bankın sayca 36-cı yeni filialı Balakən şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir standartlara cavab verən bank xidmətləri təklif edir. Filialda mikro və aqro kreditlər daxil olmaqla müxtəlif kredit məhsulları, istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər geniş spektrli bank xidmətləri təqdim olunacaq.
"Filial şəbəkəsinin genişləndirilməsi – AccessBank-ın regionlardakı fəaliyyətini gücləndirməyə, müştərilərimizə daha əlçatan və effektiv xidmət göstərməyə, həmçinin yerli biznesin inkişafını dəstəkləməyə yönəlmiş siyasətimizin prioritet istiqamətidir.  Balakən filialının açılması ilə AccessBank-ın filiallarının sayı 36-ya çatdı və bu, 2025-ci ildə nəzərdə tutulan genişlənmə planımız çərçivəsində ilk addımdır. Məqsədimiz – Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və biznes subyektlərinə müasir və keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdir", – bunu AccessBank-ın İdarə Heyətinin üzvü və Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.
 AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq BalakəndəAccessBank filial şəbəkəsini genişləndirir: Sayca 36-cı filial artıq Balakəndə/ banker.az

Banklar     Tarix: 05 may 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri online pul qazanmaq bitcoin bitkoin