Kriptobirja səhvən müştəriyə $100 əvəzinə $10.5 milyon köçürüb
Dünyanın ən böyük kriptobirjalarından biri olan "Crypto.com" səhvən Melburndan olan müştəriyə 10.5 milyon dollar göndərib. Qadın bu məbləğin bir hissəsini artıq xərcləyib, şirkət isə yanlışlıqdan hələ altı ay sonra xəbər tutub. Vurğulanır ki, pullar məhkəmə vasitəsilə qaytarılacaq.
Hadisə 2021-ci ilin mayında, Melburndan olan "Crypto.com" müştərisi 100 dollar çəkməyi istəyəndə baş verib. Lakin onun hesabına 10.5 milyon dollar köçüb. Böyük transferə baxmayaraq, şirkətin bundan xəbəri olmayıb.
Banker.az bu barədə "Vc.ru"ya istinadən xəbər verir.
Şirkət səhvi aşkar etdikdə, müştəridən mənimsənilən pulu qaytarmağı tələb edib. Avqust ayında məhkəmə qadının yeni aldığı evi satmağı və aldığı pulu tam həcmdə birjaya qaytarmağı tələb edən iş üzrə qərar verib.

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
1000 manatla hansı biznesi qurmaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Bitcoin necə işləyir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt