Küveyt İranın Körfəzdəki qaz yatağı ilə bağlı iddialarını rədd edib
Küveytin neft naziri Səəd əl-Bərak bazar günü bildirib ki, Küveyt və Səudiyyə Ərəbistanı Körfəzdəki "Əl-Dürrə" qaz yatağında "müstəsna hüquqlara" malikdir. O, bu yatağa iddia edən İranı, ilk növbədə, öz dəniz sərhədlərini müəyyən etməklə iddiasını sübut etməyə çağırıb.
İran daha əvvəl yataqda payının olduğunu bildirmiş və onun işlənməsi üçün keçən il imzalanmış Səudiyyə-Küveyt sazişini "qanunsuz" adlandırmışdı. Tehranın bu iddialarını şərh edən küveytli nazir jurnalistlərə müsahibəsində deyib: "Bu yatağın işlənməsi Küveyt və Səudiyyə Ərəbistanının "Əl-Dürrə" sahəsində müstəsna hüququdur və kimin iddiası varsa, sərhədləri demarkasiya etməyə başlamalıdır. Əgər Tehranın buna hüququ varsa, beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edəcək. Qarşı tərəfin dəniz sərhədlərinin dəqiq demarkasiyasına əsaslanmayan iddiaları var".
Əl-Bərakın şərhləri keçən həftə Səudiyyə Ərəbistanı və Küveytin Körfəzdəki "bölünmüş bölgədə" təbii sərvətlərə sahib olduğunu bildirən Ər-Riyadın mövqeyi ilə üst-üstə düşür.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA bildirib ki, Krallıq da İrana bölgənin şərq sərhədinin demarkasiyası ilə bağlı Ər-Riyad və Küveytlə danışıqlara başlamaq çağırışını təkrarlayıb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
1000 manatla hansı biznesi qurmaq olar?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?
Necə Bitcoin almaq olar?