Laçında həlak olan hərbçilərimizə şəhid statusu verildi - RƏSMİ
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib.
azxeber.com xəbər verir ki, bu barədə "report"un sorğularına cavab olaraq Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən bildirilib.
Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb.
Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Tahir Əliyev Ağstafa rayonunun Şəhidlər xiyabanında və Samir Xudiyev isə paytaxtın Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Digital Card nədir?
"iPhone 15" modelinin üstünlükləri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Az pulla hansı işi qurmaq olar?