Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-da

Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daXidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir. 
Fondun yaydığı məlumatda bildirilir ki, ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay, M10, ABB və "Kapital Bank" ASC-nin mobil tətbiqi (Birbank) vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avro əskinaslarını qəbul edə bilməsidir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini AniPay, M10, ABB və "Kapital Bank" ASC-nin mobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar AniPay, MilliÖn və M10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər.  ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, "Kredit" alt bölməsinə daxil olduqdan sonra Fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin "Kapital Bank" ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib "Dövlət" alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.
Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu "Azərpoçt" MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO bankların müştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər. 
Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmamışdır. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir. 
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-daLəğv prosesində olan bankların kredit ödənişləri artıq MilliÖn, AniPay, M10, Azərpoçt, ABB və Birbank-da/ marja.az

Banklar     Tarix: 14 fevral 2025

Oxşar xəbərlər

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler dollarin kursu bu gun avtomobil xeberleri biznes qurmaq biznes ideyalari