"Lufthansa" 800 uçuşu ləğv edir - SƏBƏB
Alman hava yolu şirkəti "Lufthansa" 800 uçuşu ləğv edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Lufthansa" tərəfindən edilən açıqlamada bildirilib.
Qeyd edilib ki, "Vereinigung Cockpit"in elan etdiyi xəbərdarlıq tətilinə görə Münhen və Frankfurtda sabaha olan bütün uçuşlar ləğv edilib.
Bildirilirb ki, 134 min sərnişin uçuş ləğvindən təsirlənəcək. Həmin sərnişinlər məlumatlandırılacaq və mümkün olduğu təqdirdə alternativ reyslərə yönləndiriləcək.
Qeyd edək ki, "Vereinigung Cockpit" Avropanın ən böyük hava yolu şirkətlərindən biri olan "Lufthansa"nın pilotlarını maaşlarının yaxşılaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra tətilə çağırıb. Pilotların işinin dayandırılması sentyabrın 2-də saat 00:01-23:59 arasında olacaq.
Həmkarlar ittifaqı bu il əmək haqqının 5,5 faiz artırılmasını, maaşların gələn ildən inflyasiya səviyyəsinə avtomatik tənzimlənməsini tələb edir.
Epidemiyadan sonra kəskin canlanma yaşayan Alman hava yolu sənayesinin kadr çatışmazlığı və tətillərlə üzləşməsi diqqət çəkir.
Xüsusilə ölkədə yay tətilinin başlaması ilə bir çox hava limanlarında kadr çatışmazlığı səbəbindən uzun növbələr yaranıb.
Bir çox reyslər təxirə salınıb. Sərnişinlər uçuş gecikmələri səbəbindən təyinat yerlərinə gec çatıblar.
Bu gecikmələr karantinlərindən sonra səyahət etmək istəyənləri məyus edib.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Proqramçılar üçün TOP-5 Freelance sayt