Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik – YENİLİK

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik – YENİLİKÖtən gün Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.
Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.
İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, bu qərar bank sistemi üçün müsbət hadisədir:
"Əslində, insanların seçim imkanları məhdudlaşmışdı. Vətəndaşlarımız istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Bəzi banklarda daha yaxşı şərtlər olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər.  İndi kiçik banklar üçün də imkan yaranır ki, ən azından rəqabətsizlik mühitinin bir hissəsi aradan qalxsın. Pozitiv addımdır, bu məsələ uzun müddətdir müzakirə olunurdu. Mərkəzi Bankın sədri Taleh müəllimin (Taleh Kazımov-red) dediyinə görə yaxın aylarda bu məsələ öz həllini tapacaq. Hər bir kəs öz təqaüdünü, maaşını  istənilən banka keçirə biləcək. Türkiyə telekanallarında maaşınızı, təqaüdünüzü bizim banka köçürün, sizə bu qədər  bonuslar veriləcək deyə  tez-tez reklamlara rast gəlinir. Azərbaycanda da belə bir situasiya ola bilər. Müxtəlif kiçik banklar daha çox müştəri cəlb etmək üçün müəyyən bonuslar, hədiyyələr, daha sərfəli  xidmətlər təklif edəcəklər. Bank sistemi üçün müsbət hadisədir".
Natiq Cəfərli Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdığını söyləyib:
"Doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür. Taleh  müəllim dedi ki, bunun üzərində işləyirlər və gələcəkdə belə  sərbəst vəsaitin bir çox başqa banklarda da yerləşdirilməsi müzakirə oluna bilər.
Digər yandan MB-ın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bəli, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar".
İqtisadçı ekspert Eldəniz Əmirov da görüş barədə məlumat verib:
"Görüşdə kapital bazarlarının ölkə iqtisadiyyatında maliyyə resurslarının səfərbər olunması, investisiya mühitinin dərinləşməsi və uzunmüddətli maliyyələşmənin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladım Bu səbəbdən, "Kapital bazarları haqqında" qanunun daha təkmil və səmərəli hazırlanmasının vacibliyini qeyd edərək, bu məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərinin öyrənilməsi və birgə müzakirələrin məqsədəuyğun olacağını bildirdim. Həm bu məsələ, həm də depazit mövzusuna dair toxunduğum digər bir məsələ hörmətli Taleh müəllim tərəfindən müsbət qarşılandı və həmfikirlik ifadə edildi". / banker.az

Banklar     Tarix: 24 aprel 2025

Oxşar xəbərlər

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı


iqtisadi xeberler kripto en son xeberler biznes ideyalari avtomobil xeberleri