MacBook Pro-ya rəqib: "Samsung" yeni Galaxy Book3 noutbuklarını təqdim edib
"Samsung" şirkəti "Apple"ın 16 düymlük MacBook Pro iş noutbuku ilə eyni auditoriyaya yönəlmiş yeni Galaxy Book3 Ultra mobil iş stansiyasını təqdim edib. Yeniliyin qiyməti 2399 dollardır ki, bu da MacBook Pro-nun ən sərfəli versiyasından cəmi 100 dollar ucuzdur.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ümumilikdə istehsalçı üç konfiqurasiya təklif edir – Galaxy Book Pro, Galaxy Book 360 və Galaxy Book Ultra.
Galaxy Book3 Pro
Galaxy Book Pro 13-cü nəsil Intel Core i7 prosessoru, 32 GB operativ yaddaş, Intel Iris Xe videokartı və 1 TB SSD alıb. Noutbuk iki ölçüdə mövcuddur – 14 və 16 düym. Noutbuk iki rəngdə təqdim edilib – qara və açıq gümüşü, qiyməti isə 1499 dollardan başlayır.
Galaxy Book3 Pro 360
Galaxy Book 360 modeli Pro ilə eyni xüsusiyyətlərə malikdir. Eyni zamanda, onun ekranı əks istiqamətdə bükülə və planşet kimi istifadə edilə bilər. Qeyd edək ki, noutbuk S Pen stilusunu dəstəkləyir.
Cihazın qiyməti 1299 dollardan başlayır. Sifariş üçün iki rəng mövcuddur – qara və açıq gümüşü.
Galaxy Book3 Ultra
Galaxy Book Ultra 13-cü nəsil Intel Core i7 prosessoru, 32 GB operativ yaddaş, Nvidia RTX 4050 və ya RTX 4070 videokartı, 1 TB SSD ilə təchiz olunub. Cihaz iki ölçüdə – 14 və 16 düymdə mövcuddur.
Galaxy Book Ultra-nın qiyməti 2199 dollardan başlayır.
Noutbuk həmçinin dörd dinamik və ikili mikrofonla təchiz edilib. Yenilik yalnız qrafit rəngdə mövcuddur. Korpusun qalınlığı cəmi 0.65 düym (10.2 mm), çəkisi isə 3.9 funt (1.77 kq) təşkil edir. Satışların 22 fevralda başlayacağı gözlənilir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
İnstaqramda biznes qurmağın yolları
SMM nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İlon Mask kimdir?
Cash Back nədir?