Mənşəyi bilinməyən abidə, "Butulka piri" - REPORTAJ + FOTO

Mənşəyi bilinməyən abidə, Mənşəyi bilinməyən abidə, "Butulka piri" - REPORTAJ + FOTO
Ölkəmizin müxtəlif regionlarında insanların inanc yeri olan pirlər var. Biz heç kimin inancına irad bildirmirik. Lakin,elə pirlər var ki, insanda təəccüb yaradır.
Məsələn, "mıx" piri, "qaloş" piri, "qiblə" piri və s. çox pirlər gördük. Müasir dövrdə bu kimi məsələlərə münasibət birmənalı deyil.
Pirlərə inanan insanları qınayanlar da var, əksinə onların sıralarına qatılanlar da. Odur ki, inanc məsələsi müzakirə edilə bilməz.
Yalnız bu cür inam batil, xurafat, mövhumat, hətta şirk hesab oluna bilər yoxsa yox?
Bu gün yolumuz Buzovnayadır. Eşitdiyimizə görə burada "Butulka" piri var. Bəli, düz eşitdiniz, "Butulka" piri. Abşeronlular ona "Tərsa" piri də deyirlər.
Mənşəyi bilinməyən abidə, İnsanlar buraya gəlib ziyarət edir, əski bağlayır, niyyət etdikdən sonra "butulka" sındırırlar. Deyilənə görə burada həm də çıldaq da edirlər.
Ərazidə divardan asılmış corablar, yaylıqlar, cib dəsmallarından tutmuş, butulkaya, hətta turşu bankalarına qədər görmək olar. Daha da dəhşətlisi insanların inanc yeri olan məkanda anti-sanitar vəziyyətin hökm sürməsidir.
"Butulka piri" adı ilə tanınan pirin qəribə tarixi də var. Deyilənə görə, abidə 2-3-cü əsrdən Qafqaz Albaniyası dövründən qalıb. Kimi də deyir ki, erməni kilsəsi olub.
Buzovna sakinləri bura "Nəsrani" piri də deyirlər. 1937-ci ildən 1952-ci ilə qədər abidənin bir yarısı sökülüb. Deyilənə görə pirin ortasında qəbir var. Amma qəbrin kimə məxsus olduğu heç kimə bəlli deyil. Hazırda görünən gümbəz həmin qəbirintam ortasına düşür.
15 il bundan öncə kənddə yaşayan ağsaqqalların kənd camaatına danışdığına görə, o vaxt insanlar gəlib həmin məzarın başına fırlanaraq dilək diləyirmiş. Eyni zamanda burada 1987-ci ilə qədər kilsə zənginin olduğu da deyilir. O naməlum şəxslər tərəfindən sökülərək oğurlanıb.
Mənşəyi bilinməyən abidə, Pirə müxtəlif kəndlərdən insanlar gəlir. Nəzir deyir, butulka sındırıb gedirlər.
Kənd sakini Elnurə Həbibova deyir ki, o hələ uşaq olanda kəndin ağsaqqalları bu ərazidə tarixçilər tərəfindən bir neçə dəfə araşdırma aparıldığını deyirdilər:
"Deyilənə görə, 10-cu əsrdən bəri bura qorxu, ağırlıq piri kimi gedir. Əsasən inanc budur ki, əraziyə qorxan, xəstə adamlar gəlir. Öz əşyalarından kiçik bir şey də olsa bura bağlanmalıdır. Qorxan adam gəlir, həmin o gümbəzin başına üç dəfə fırlanır. Arxasını çevirib düşəndə butulkanı mismara vurub sındırırlar və onun qorxuluğu çıxır. Həmin qorxan şəxs bu pilləkənlərdən aşağı düşəndə arxasınca 7 daş atırlar.
Kim istəsə, mıx vurub, parça bağlayırlar. Kim istəməsə də yox".
Ərazidə butulka, şüşə sınıqları o qədər çoxdur ki, anti-sanitar vəziyyət yaranıb. Elnurə xanım deyir ki, qonşular yığışıb bir dəfə ərazini təmizlətdirib, lakin ziyarət edənlərin sayı o qədər çoxdur ki, qarşısını almaq olmur.
Butulka pirinə övladı olmayanlar da gəlib, övlad niyyəti edirlər.
Mənşəyi bilinməyən abidə, Uzun illər əvvəl buranın erməni kilsəsi olduğuna inanaraq ərazidən uzaq gəziblər:
"Köhnə adamlar abidə müsəlmanlıqdan qabaqkı illərə aid olduğu üçün buna inanıb. Tarixçilər araşdırdıqdan və tarixi abidə olduğunu sübuta yetirdikdən sonra bu söhbət yığışdırılıb. Amma həmin o kilsə zəngini ermənilərin oğurladığını deyirdilər"- deyə qonşular deyir.
Tarixçilər bu kiləsnin memarlıq üslubunun Şəkinin Kiş kəndindəki Alban kilsəsinə oxşadığını deyirlər.
E.Həbibova deyir ki, uzun illərdir uçuq-sökük vəziyyətdə olan kilsəni bu yaxınlarda abidələr siyahısına yazıblar:
"Dəfələrlə ərazidə çəkilişlər edilib. Lakin baxan olmayıb. Yaxın zamanlard Mədəniyyət Nazirliyindən nümayəndələr gəlib əraziyə baxıb, siyahıya almışdır".
"Butulka" pirinə rayonlardan- Lənkərandan, Şəkidən, hətta ölkə xaricindən- Türkiyədən, Rusiyadan də gələnlər olur. Abşeronda bir çox pirlərlə bilikdə bura barəsində də sənədli film çəkilib.
"İnsanlar olub ki, niyyət edib ki, bu şüşələrin içərisində ayaqyalın üç dəfə dövrə vurublar, ayaqları bir dəfə də kəsilməyib. Əsasən, bura həftənin 3 və 6-cı günləri ziyarət edirlər. Suraxanı camaatı isə əsasən 1-ci və 5-ci günlər gəlirlər pirə. Mən istəyənləri çıldaq edirəm, lakin işlədiyim üçün bəzən olur ki, ziyarətçilər gələndə evdə olmuram. Bir dəfə Lənkərandan əlliliyi olan şəxs gəlmişdi. Yeriyə bilmirdi. Piri ziyarət etdi və çıldaq olunmaq istədi.
Üç dəfə çıldaq olunduqdan sonra növbəti dəfə gələndə artıq öz ayaqları üzərində gəlmişdi. Qazilərimiz olub ki, müharibədən qayıdanda özlərini yaxşı hiss etməyiblər. Çıldaq etmişik rahatlıq tapıblar, qorxu, stress, gərginlik keçib gedib",-deyə E.Həbibova qeyd edib.
Mənşəyi bilinməyən abidə, Tarixçilər isə sözügedən abidənin XIII-XIV əsrə aid olduğunu deyiblər.  Abidənin tarixinə gəldikdə heç bir mənbədə bu barədə konkret məlumat tapa bilmədik.
Qafqaz Albaniyası dövrünə aid olduğu iddia edilən və III əsrdə tikildiyi deyilən abidə zaman-zaman bərpa edilərək, bu günə qədər gəlib çıxıb.
Diqqətimizi çəkən məqamlardan biri "Butulka" pirində digər pirlərdən fərqli olaraq nəzir qutusunun olmamasıdır. İnsanları bura bağlayan nə qədər də qəribə olsa dərin inanclarıdır.
Yaxınlıqda yaşayan sakinlərdən birinin həyətində olan daha bir maraqlı abidə isə "Qarapaltar həyəti" adlanır. Buranın da maraqlı tarixi var. Lakin həmin tarixi bilən kənd ağsaqqallarını həmin gün ərzidə tapa bilmədik.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

Xəbərlər     Tarix: 09 avqust 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler dollar mezenne bitcoin dollar manat kursu iqtisadiyyat xeberleri