ADB Azərbaycana 2,5 milyard dollar investisiya yatıracaq
Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə ADB-nin Azərbaycanın inkişaf prioritetlərinə strateji dəstəyi, ölkənin Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat, ticarət və enerji mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Biznes.az xəbər verir ki, ADB rəhbəri yeni Ölkə Tərəfdaşlıq Strategiyası (2025–2029) çərçivəsində bank Azərbaycanın inkişaf hədəflərinə dəstək üçün 2,5 mlrd. ABŞ dollarına qədər investisiya yatırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ADB ağıllı mobillik infrastrukturu, bərpaolunan enerji, rəqəmsallaşma və insan kapitalının inkişafı sahələrində hökumət və özəl sektorla birgə mühüm layihələr həyata keçirir.
Məlumata görə, ADB Azərbaycanın ixrac çeşidinin şaxələndirilməsi və yeni bazarlara çıxışın genişləndirilməsi üçün yaşıl və səmərəli infrastrukturun qurulmasına dəstək verir. CAREC 2-ci Dəhliz (Orta Dəhliz) və Transxəzər Yaşıl Dəhliz kimi layihələr regionda əlaqəliliyin artırılması, ticarətin asanlaşdırılması və Mərkəzi Asiyadan Avropaya bərpaolunan enerji resurslarının daşınmasına imkan yaradacaq. Region daxilində rəqəmsal ticarətin də genişlənəcəyi gözlənilir.
ADB rəhbəri, həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsi üzrə yeni metro stansiyası sahəsinə baxış keçirib, eləcə də bank tərəfindən maliyyələşdirilən müasir anbar kompleksində olub. Bu kompleks ərzağa çıxış imkanlarının və təhlükəsizliyin artırılmasına töhfə verib. Kanda davamlı kənd təsərrüfatı təcrübələrini öyrənən kiçik fermerlərlə də görüşüb.
Qeyd edilib ki, ADB 1999-cu ildən bəri Azərbaycana nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, ticarət və fəlakət risklərinin azaldılması daxil olmaqla sahələrdə ümumilikdə 5,5 mlrd. ABŞ dolları həcmində maliyyələşdirmə və texniki yardım göstərib. (Apa)

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.
"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
IMEI kod nədir?
Kriptovalyuta nədir və necə alınır?