Mərkəzi Bank banklara kəşbək kampaniyaları ilə bağlı göstəriş verə bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər.
Bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun "2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi" hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, kəşbək məbləğləri bankların biznes modelindən aslıdır və strategiyalarına uyğun olaraq aparılır.
"Sözsüz ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa atıla bilər", - T. Əliyev bildirib.
© "Report"

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Digital Card nədir?
Bill Qeyts kimdir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes planı necə yazmaq lazımdır?
Biznes nədir?