Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən "Premier Kredit Bank olmayan kredit təşkilatı" MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə "Premier Kredit Bank olmayan kredit təşkilatı" MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.
Banker.az-a bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Xatırladaq ki, "Premiet Kredit BOKT" 2014-cü ildə təsisis edilib. 400 512 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 34%-i Şəhla Mehdiyevaya, 33%-i Validə Əzizovaya və 33%-i İlahə Baxşəliyevaya məxsusdur.

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
İban nədir?
Layihə menecmenti nədir?
Biznes nədir və hansı növləri var?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznesə aid ən yaxşı 10 kitab