Mərkəzi Bank faiz kanalının işlədiyi istiqamətləri açıqlayıb

Mərkəzi Bank faiz kanalının işlədiyi istiqamətləri açıqlayıbAzərbaycanda müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir.  Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ili ilk üç rübü ezrə "Pul siyasəti icmalı"nda bildirilir.
"Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalının uzunmüddətli faizlər üzrə ötürücülüyünün çalışdığını göstərir"- deyə, AMB-in məlumatında qeyd edilir.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində "Bloomberg" ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 67.1 mlrd. manat məbləğində 2 466 ədəd əqd bağlanmışdır. Bu əməliyyatların həcm olaraq 97%-i 1-3 günlük olub.
Banklararası repo bazarında isə 7.9 mlrd. manat həcmində 541 əqd bağlanmışdır. Bu əqdlərin həcm olaraq 38%-i 1-3 günlük, 28%-i isə 6-8 günlük əməliyyatlar olmuşdur. Həm təminatsız, həm də təminatlı bazarda bağlanılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır.
AMB-nin məlumatında qeyd edilir ki, pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edib ki, bu da faiz kanalının işlədiyini göstərir. 2024 cü ilin sentyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7.29% təşkil etməklə dəhliz daxilində formalaşmışəb. Son aylarda 1D AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spredin azalması müşahidə edilib. Belə ki, spred sentyabr ayında cəmi 0.04% olmuşdur.
Məlumat üçün qeyd edək ki, 1 aprel 2024-cü ildən Mərkəzi Bankın rəsmi internet səhifəsində 1D AZIR indeksinin dinamikası, onun ötən ayın və ilin sonundan bəri dəyişimi, eləcə də son 1 ildə maksimal və minimal həcm və faiz göstəriciləri kimi analitik məlumatların gündəlik əsasda yerləşdirilməsinə başlanmışdır. Məhz 1D AZIR-in xüsusi açıqlanması onunla izah edilir ki, təminatsız bazarda 1-3 gün müddətinə aparılan əməliyyatlar üstünlük təşkil edir.
Bununla belə qeyd edək ki, banklararası repo bazarında da bençmark faiz indeksləri formalaşır.
Belə ki, 2024-cü ilin sentyabr ayında banklararası repo bazarında 6-8 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1W AINA) 6.29% təşkil etməklə dəhliz daxilində formalaşmışdır.

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri 1000 manatla biznes birbank