Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib

Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilibMehriban Nazim qızı Əliyeva yenidən Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru təyin edilib.
Banker.az xəbər verir ki, sözügedən vəzifə daha əvvəl vakant olub. Mehriban Əliyeva (həmin vaxt Məmmədova idi) 2025-ci ilin oktyabrınadək həmin vəzifədə çalışıb. O, daha sonra öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinin əsas məqsədi maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində Mərkəzi Bankın qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərinin həyata keçirilməsinə hüquqi yardım göstərmək, həmçinin Mərkəzi Bankın normayaratma fəaliyyətinin qanunvericiliyin prinsiplərinə uyğunluğunu təmin etməkdir.
Departamentin strukturuna Bank sektorunun hüquqi təminatı, Sığorta bazarının hüquqi təminatı, Kapital bazarlarının hüquqi təminatı, Ödəniş sektoru və maliyyə texnologiyalarının hüquqi təminatı, habelə Sektorlararası hüquqi təminat şöbələri daxildir.
Mehriban Əliyeva 2026-cı ilin sentyabrından Mərkəzi Bankda departament rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl 2024-cü ilin mayından 2025-ci ilin avqustunadək Mərkəzi Bankda digər departamentin rəhbəri, 2022-ci ilin aprelindən 2024-cü ilin mayınadək bölmə rəhbəri, 2020-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə baş hüquqşünas vəzifələrində çalışıb.
O, 2019-cu ilin avqustundan 2020-ci ilin yanvarınadək Maliyyə Bazarlarına Nəzarət Palatasında baş hüquqşünas, 2016-cı ilin aprelindən 2019-cu ilin avqustunadək aparıcı hüquqşünas vəzifələrində fəaliyyət göstərib. Daha əvvəl, 2014-cü ilin iyulundan 2016-cı ilin martınadək Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi olub.

Banklar     Tarix: 03 sentyabr 2026

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib

"PAŞA Bank" ASC 2027–2029-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə hazırlaşır. Bank qarşıdakı üç ildə biznesin dayanıqlı böyüməsinə, kiçik və orta sahibkarlıq (KOS) və B2B ekosisteminin genişləndirilməsinə

"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq

Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankd

Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək SOCAR-ın törəmə şirkəti olan SOCAR Türkiyənin xeyrinə təşkil olunmuş 1,6 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit layihəsində iştira

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi

"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır

"Rabitəbank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 84 milyon 124 min manat və ya 8,9% artaraq 1 milyard 25 milyon 413 min manata çatıb. Kredit portfelində ən böyük pay bizne

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib. xəbə

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq


iqtisadi xeberler valyuta mezennesi investisiya bitkoin qiymeti dollarin kursu bu gun