Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIMMərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib.
Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu
Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dolları və ya 11,14% artaraq 31 avquz tarixində 15 milyard 301 milyon dollara çatıb.
Banker.az-ın bankdan əldə etdiyi məlumatda bu bildirilir.
Beləliklə, AMB-nin valyuta ehtiyatları tarixində ilk dəfə 15 milyard dollar həddini keçərək tarixi maksimum səviyyəyə yüksəlib. Sonuncu dəfə 2014-cü ilin iyulun sonuna 15 mlrd. 191 mln. dollar olmuşdu.
Avqust ayında qeydə alınan 1 milyard 533,4 milyon dollarlıq artım həm də Mərkəzi Bankın valyuta ehtiyatlarında indiyədək qeydə alınmış ən yüksək aylıq artım olub. Mərkəzi Bank bu xəbərin ardından açqlama verərək bildirib ki, tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib.
Bununla da AMB-nin xarici valyuta ehtiyatları ilin əvvəlindən 3 milyard 833 milyon dollar və ya təxminən 33,4% artıb. İlin əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 11,47 milyard dollar təşkil edirdi.
Qeyd edək ki, ehtiyatların artım tempi xüsusilə son aylarda sürətlənib. İyunda Mərkəzi Bankın valyuta ehtiyatları 445,2 milyon dollar, iyulda isə 610,3 milyon dollar artmışdı. Avqustda isə aylıq artım əvvəlki ayla müqayisədə 2,5 dəfə yüksəlib.
"Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir"- deyə, AMB bildirir.
Valyuta təklifi kəskin artıb
Mərkəzi Bankın ehtiyatlarının sürətlə artması son aylarda ölkənin valyuta bazarında formalaşan əlverişli təklif-tələb balansı ilə üst-üstə düşür.
2026-cı ilin ilk 7 ayında banklar əhalidən 1 milyard 115 milyon dollar nağd xarici valyuta alıb, əhaliyə satış isə 669,4 milyon dollar təşkil edib. Beləliklə, alış satışdan 445,6 milyon dollar çox olub. Ətraflı
Ötən ilin eyni dövründə isə bu fərq cəmi 21,1 milyon dollar təşkil etmişdi. Başqa sözlə, cari ilin ilk 7 ayında bankların nağd valyuta alışının satış üzərindəki üstünlüyü illik müqayisədə 21 dəfədən çox artıb.
Valyuta təklifindəki bu üstünlük manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqini də artırıb. Valyuta dəyişmə məntəqələrində ABŞ dollarının satış məzənnəsinin 1,70 manatlıq rəsmi məzənnədən aşağı formalaşması da bazarda dollar təklifinin yüksək olduğunu göstərən amillərdən biri olub.
Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIMAMB bazardan valyuta alır
Mərkəzi Bank iyulun sonunda faiz dəhlizi ilə bağlı qərarında valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsini xüsusi olaraq qeyd edib.
AMB bildirib ki, inflyasiya proqnozunun yüksəldilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətini dəstəkləyib. Bu amillərin tarazlaşması nəticəsində faiz dəhlizinin parametrləri dəyişdirilməyib.
Mərkəzi Bank həmçinin cari ilin qalan dövründə qərarlar qəbul edilərkən valyuta bazarındakı proseslərin, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığının və valyuta artıqlığının miqyasının nəzərə alınacağını açıqlayıb.
Bu şəraitdə AMB-nin valyuta bazarında alışyönlü müdaxilələri ehtiyatların artımına əlavə imkan yaradıb. Artıq avqust ayında ehtiyatların 1,5 milyard dollardan çox artması bu prosesin miqyasının əvvəlki aylardan əhəmiyyətli dərəcədə genişləndiyini göstərir.
Strateji valyuta ehtiyatları da artır
Mərkəzi Bankın ehtiyatlarının artması ölkənin ümumi strateji valyuta ehtiyatlarının da yüksəlməsinə səbəb olur. Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının daxil olduğu strateji valyuta ehtiyatları avqustun əvvəlində 86 milyard 814,9 milyon dollar təşkil edib.
Mərkəzi Bankın növbəti faiz qərarı sentyabrın 23-də açıqlanacaq. Həmin qərarda valyuta bazarında təklif-tələb balansı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqi və bazardakı valyuta artıqlığının miqyası əsas izlənilən göstəricilərdən biri olaraq qalacaq.
Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Banklar     Tarix: 07 sentyabr 2026

Oxşar xəbərlər

İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb

2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2% (2 mln. manat) artaraq 123 mln. manat

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

İKZF-nin strukturunda dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb. xəbər verir ki, departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir. O

ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb

KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib. KPMG-dən -a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğraf

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortasına 942 min manat xərcləyəcək

Mərkəzi Bank tibbi sığorta xidmətlərinə 942 min manat xərcləyəcək. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tibbi sığorta xidmətinin satın alınması ilə bağlı "Meqa Sığorta" ASC ilə müqavilə bağlayıb

"Visa" Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb

ABŞ ödəniş texnologiyaları şirkəti "Visa" Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyü

Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu

Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qalibləri müəyyən oldu. Tiraj 12 oktyabr tarixdə Bankın Bakı şəh., İnşaatçılar prospekti 22 L ünvanda yerləşən Baş ofisində tiraj komissiyasını


iqtisadi xeberler biznes krediti valyuta mezennesi rubl mezenne dollar kursu