Mikro, kiçik və orta biznesə verilən kreditlər üzrə yumşalma gözlənilir

Mikro, kiçik və orta biznesə verilən kreditlər üzrə yumşalma gözlənilirMərkəzi Bank tərəfindən 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir.
Mikro, kiçik və orta biznesə verilən kreditlər üzrə yumşalma gözlənilirSorğu nəticələrinə əsasən 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam etmişdir. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq. 
2024-cü ilin II rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, bankın mövcud və gözlənilən likvidlik mövqeyi, ümumi iqtisadi və inflyasiya gözləntiləri olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir etmişdir
2024-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri / marja.az

Banklar     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni


iqtisadi xeberler bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun leobank kart