"Miles&Smiles PAŞA Bank" kartları üzrə yeniliklər

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" dünyanın bir çox ölkəsinə uçuşlar təşkil edən aviaşirkətlərdən biri olan "Türk Hava Yolları" ilə eksklüziv əməkdaşlıq çərçivəsində təqdim etdiyi "Miles&Smiles" kartlarının imtiyazlarında və tariflərində bir sıra yeniliklər tətbiq edib.
Belə ki, "Miles&Smiles PAŞA Bank" kartları 2019-cu ildə ölkədə ilk dəfə olaraq dünyanın bir çox ölkəsinə uçuşlar təşkil edən "Türk Hava Yolları" aviaşirkəti ilə ko-brendinq məhsulu kimi müştərilərin istifadəsinə verilib. "PAŞA Bank" bu məhsul vasitəsilə ölkədə nağdsız ödənişlərin təşviqinə öz dəstəyini göstərib.
"Miles&Smiles PAŞA Bank" kart sahiblərinə bir sıra üstünlüklər və imtiyazlar təklif olunur. Bu kart vasitəsilə ticarət və xidmət obyektlərində ödənişlər həyata keçirərək mil qazanmaq, toplanan milləri "Türk Hava Yolları"nın və "Star Alliance" üzvlərinin bir çox uçuş istiqamətləri üzrə aviabiletə çevirmək mümkündür. Millər həm ölkədaxili, həm də ölkəxarici ödənişlərdən toplanır. Həmçinin müştəri bankın partnyor şəbəkəsində "Miles&Smiles PAŞA Bank" kartı ilə ödəniş zamanı əlavə millər də qazana bilir.
Son dəyişikliklərə əsasən müştərilər artıq yuxarıda sadalanan üstünlüklərlə yanaşı proqrama illik abunə haqqı ilə qoşulmaq imkanı əldə edəcəklər. Eyni zamanda, xarici valyutada nağd və nağdsız həyata keçirilən əməliyyatlar üzrə də dəyişiklik tətbiq edilir.
Beləliklə, 01.09.2023-cü il tarixindən etibarən "Miles&Smiles PAŞA Bank" kartları üzrə aşağıdakı dəyişikliklər qüvvəyə minib:
✓ Kartların xidmət müddəti 3 il təşkil edir. İstifadəyə verilməsi və yenilənməsi ödənişsiz şəkildə həyata keçirilir.
✓ Qeyd edilən proqrama illik abunə haqqını ödəməklə qoşulmaq mümkündür:
"Platinum" üzrə – illik abunə haqqı 40 AZN / 25 USD;
"Black" üzrə – illik abunə haqqı 90 AZN / 55 USD;
"Elite" üzrə – illik abunə haqqı 300 AZN / 175 USD.
✓ Millərin hesablanması isə aşağıdakı kimidir:
"Platinum" üzrə – 3 AZN-ə 1 mil;
"Black" üzrə –2 AZN-ə 1 mil;
"Elite" üzrə – 3 AZN-ə 2 mil.
✓ Toplanan millərin status millərinə çevrilməsi artıq mümkündür. Bu üstünlük 30.05.2023-cü il tarixindən sonra yığılmış millərə şamil olunacaq.
✓ Aviabilet əldə edən zaman vergiləri də artıq millər vasitəsilə ödəmək mümkün olacaq. Əminik ki, bu üstünlük istifadəçilərdə böyük maraq oyadacaq.
Bundan başqa, müştərilər hər kart növünə uyğun olaraq aşağıdakı üstünlüklərdən də faydalanmağa davam edə biləcəklər:
✓ Kartların onlayn sifarişi və ünvanadək pulsuz çatdırılması;
✓ "Lounge Key" biznes zallarına ödənişsiz giriş imkanı;
✓ Partnyorların 800-dən çox satış nöqtəsində əlavə millər qazanmaq imkanı;
✓ Səyahət sığortası;
✓ "Fast track" xidmətindən yararlanmaq imkanı;
✓ Çatbot konsyerj xidmətindən istifadə;
✓ Rouminq xidməti;
✓ "Acıbadem" xəstəxanalarında xüsusi imtiyazlar;
✓ Hava limanından pulsuz transfer xidməti;
✓ Müştərilərin ad gününə təqdim olunan ikiqat millər;
✓ Toplanan millərin "PAŞA Bank" mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;
✓ Millərin "THY"nin mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;
✓ İstənilən zaman bilet əldə etmək və milləri 3 ilə istifadə etmək imkanı və s.
"Miles&Smiles PAŞA Bank" kartlarının bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün buraya keçid edin: miles.pashabank.az / banker.az

Banklar     Tarix: 18 sentyabr 2023

Oxşar xəbərlər

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki


iqtisadi xeberler online pul qazanmaq biznes ideyalari bitkoin qiymeti biznes xeberleri