Moody"s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi

MoodyMoody"s beynəlxalq reytinq agentliyi açıqladığı son hesabatda Bank of Baku-nun bir neçə göstərici üzrə reytinqini yüksəldib.

Bankın yaydığı məlumatda bildirilir ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib.
Bank of Baku-nun  kredit ödəmə qabiliyyətinin baza səviyyəsindəki müsbət dəyişiklik bankın inkişaf etmiş likvidlik profili, eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanın iqtisadi gücünün artması ilə əsaslandırılır.
Bu, eyni zamanda Bank of Baku-nun son illərdə aktivlərinin keyfiyyətinin və gəlirliliyinin artmasını da əks etdirir.
Agentlik öz hesabatında Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozu "stabil" olaraq göstərib, bu isə bankın növbəti 12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirləri qüvvətləndirir.
Məlumat üçün qeyd edək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir. / marja.az

Banklar     Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind


iqtisadi xeberler online pul qazanmaq iqtisadiyyat xeberleri biznes qurmaq investisiya