Musiqi sənəti üzrə qabiliyyət imtahanlarının vaxtı AÇIQLANDI

Musiqi sənəti üzrə qabiliyyət imtahanlarının vaxtı AÇIQLANDIMusiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının vaxtı məlum olub.
Bu barədə KONKRET.az-a DİM-dən bildirilib.
Gəncədə yerləşən komissiyalar üzrə (4304, 4404, 4504, 4704) imtahanlar 12 iyul Gəncə Dövlət Filarmoniyasında, Bərdədə yerləşən komissiyalar üzrə (4106, 4306, 4406, 4506, 4706) imtahanlar 13 iyul Bərdə şəhəri, Bülbül adına 1 saylı uşaq incəsənət məktəbində, Şəkidə yerləşən komissiyalar (4305, 4405, 4505) və Lənkərandakı komissiyalar (4307, 4407, 4507) üzrə imtahanlar isə 14 iyul tarixində müvafiq olaraq Şəki Dövlət Regional kollecində və DİM-in Lənkəran Regional Bölməsində keçiriləcək. İmtahanlar onlayn şəkildə təşkil edilir. İmtahanların apellyasiyaları həmin gün müvafiq imtahan zalında imtahan bitdikdən sonra təşkil ediləcək. Gecikmiş apellyasiya müraciətlərinə baxılmayacaq.
Bakı şəhərində Musiqi sənəti istiqamətinin ali təhsil pilləsi üzrə qabiliyyət imtahanları 17-21 iyul tarixlərində, Gəncə Dövlət Universitetinin "Musiqi müəllimliyi" ixtisasına qəbul imtahanı 15 iyul tarixində, Lənkəran Dövlət Universitetinin "Musiqi müəllimliyi" ixtisasına qəbul imtahanı isə 22 iyul tarixində keçiriləcək. Ali təhsil pilləsi üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanları üçün buraxılış vərəqlərini yaxın günlərdə çap edə biləcəklər.
Musiqi sənəti istiqamətinin Naxçıvan regionu üzrə ali təhsil pilləsinin ixtisasları və tam (11 illik) orta təhsil pilləsi üzrə orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarının 24-26 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

Xəbərlər     Tarix: 09 iyul 2023

Oxşar xəbərlər

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler 1000 manatla biznes bu gunun xeberleri valyuta mezennesi dollar məzənnəsi