"Müştərilərin məmnuniyyəti bizim üçün əhəmiyyət kəsb edən prinsiplərdəndir" – "Atəşgah" sığorta

1. Müştərilərlə sığorta şirkəti arasındakı münasibətlər necə tənzimlənir? Vətəndaşların sığorta hadisəsi ilə bağlı şikayətləri çoxmu olur? Vətəndaşların şikayətlərinə nə qədər tezlikdə baxılır və bu şikayətlər necə tənzimlənir? 
Ərizəçilərlə sığorta şirkəti arasında münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Müraciətlərin bir növü olan şikayətlər, hər bir sahədə olduğu kimi, sığorta sahəsində də mövcuddur. Ərizəçilərin narazılığının aradan qaldırılması, müştəriyönümlülük, onların məmnuniyyəti bizim üçün əhəmiyyət kəsb edən prinsiplərimizdəndir. Hazırda "Atəşgah" Sığorta Şirkətinə daxil olan şikayət xarakterli müraciətlərin sayı normal səviyyədədir. Bu kimi müraciətlər "Atəşgah" Sığorta Şirkətində qeydiyyata alındıqdan sonra müvafiq şöbə tərəfindən digər struktur bölmələrlə birgə araşdırılır və nəticəyə uyğun şikayət ərizəsi cavablandırılaraq ərizəçiyə məlumat verilir. 
2. Sığorta hadisəsi daxil olduqdan sonra zərərin tənzimlənmə prosesi necə gedir? 
Hadisə barədə MXŞ məlumatlandırıldıqdan dərhal sonra sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlərin toplanması prosesinə başlanılır. Əmlaka münəsibətdə zərər məbləği müəyyən olunduqdan sonra müştəridən məbləğə münasibətdə razılıq ərizəsi və digər zəruri sənədlər tələb olunur. Onlayn müraciət etməkdən imtina edən şəxslər zəruri sənədlərin imzalanması üçün ofisə dəvət olunur. Son sənəd qəbulundan sonra 7 iş günü ərzində iş ödənişə göndərilir. 
3. Qiymətləndirmə prosesində çətinliklər olurmu? Olursa bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Müştəri nəticə ilə razı olmadıqda, qanunla növbəti atılmalı olan addımlar nələrdir?
Qiymətləndirmə prosesində çətinliklər olur, məsələn müştəriyə təklif olunan zərər məbləği onu qane etmir. Bu halda sığorta şirkəti müştəriyə nəqliyyat vasitələrinin təmir emalatxanasında təmir olunmasını təklif edir. Bəzi hallar olur ki, nəqliyyat vasitəsi köhnə olduğu üçün ehtiyat hissələri ikinci əl ehtiyyat hissələri ilə zərər məbləği hesablanır və buda müştərinin narazılığına səbəb ola bilir. Bu zaman müvafiq qayda və prosedurlar müştəriyə izah olunur. Lakin müştərinin təklif olunan zərər məbləğlərinin heç biri ilə razılaşmadığı hallar da olur və nəqliyyat vasitəsinin sığorta şirkətinin təyin etdiyi servisdə təmir etməkdən imtina edir. Bu kimi hallarda isə müştəriyə Azərbaycan Respublikası Mərkəzi Bankının reyesterinə daxil olan müstəqil ekspertlər təklif olunur.

Xəbərlər     Tarix: 22 avqust 2022

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler bu gunun xeberleri pul qazanmaq dollarin kursu bu gun online pul qazanmaq