"Naftoqaz" SOCAR ilə Azərbaycan qazının Ukraynada saxlanması mümkünlüyünü müzakirə edir

Ukraynanın "Naftoqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya mümkün tranziti və bu ölkənin ərazisində saxlanması ilə bağlı danışıqlar aparır.
Bunu "Naftoqaz"ın baş direktoru Aleksey Çernışov Ukrayna nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev Rusiyanın "Qazprom" şirkəti ilə bu ilin dekabr ayının sonunda başa çatacaq 5 illik tranzit sazişini yeniləmək niyyətində deyil. Nəticədə gündəlik 42 milyon kubmetr Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırıla bilər.
A.Çernışov əlavə edib ki, Azərbaycan qazının Ukrayna ərazisindən mümkün tranziti Bakı ilə müzakirə olunur və SOCAR istehsalçı kimi öz qazını bu məqsədlər üçün təklif edə bilər.
"Biz başqa şirkətlərlə, SOCAR-la danışıqları istisna etmirik. Lakin bizim yekun müqavilə qərarlarımız yoxdur. Bizim tərəfimizdən əməkdaşlıq üçün məcburi şərt SOCAR-ın Ukrayna anbarlarında qazın saxlanmasını təmin etməsidir", – şirkətin baş direktoru bildirib və bu məsələnin müzakirə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda o, hesab edir ki, SOCAR Ukraynada nə qədər çox qaz saxlamağa razı olarsa, bu, bir o qədər yaxşıdır.
"SOCAR qazı bizdə saxlasa, şad olaram. Anbarlarımız 31 milyard kubmetr həcmlə Avropanın ən böyük anbarlarıdır. Öz ehtiyaclarınız üçün anbarların yarıdan çoxuna ehtiyac yoxdur. Digər hissə isə gəlir əldə etmək üçün icarəyə verilməlidir. İndi qazın Ukrayna ərazisində saxlanması qərarına bu ilin mart, aprel və may aylarında anbarların kütləvi şəkildə atəşə tutulması kimi müəyyən amillər təsir edir", – A.Çernışov bildirib.
"Naftoqaz"ın rəhbəri tranzit qazının Rusiyaya məxsus ola biləcəyi ilə bağlı suala belə cavab verib: "Bu, manipulyasiya və populizmdir. Xüsusilə iri qaz biznesi çox vaxt svop vasitəsilə fəaliyyət göstərir". / banker.az

Xəbərlər     Tarix: 07 avqust 2024

Oxşar xəbərlər

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne bitkoin almaq dollar kursu